Bu gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun
doğum günüdür.
Axar.az-ın məlumatına görə, keçmiş prezidentin 77 yaşı tamam
olur. Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı
ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya
İnstitutunu bitirib. 1959-cu ildə Bakı Soyuducular Zavoduna işə
girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan
Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə
təyin olunub.
1974-cü ildə isə ona "Bakelektromaş" istehsalat birliyinin
müdiri vəzifəsi həvalə edilib. 1977-ci ildə Bakı şəhəri Nərimanov
Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə
respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in
Dövlət Plan Komitəsinin sədri, eyni zamanda, Nazirlər Şurasının
sədr müavini vəzifələrini tutub.
O, eks-prezidentlər haqqında qanundan sonra 2012-ci il iyulun
7-də xanımıyla birgə Moskvadan Bakıya dönüb.