Yuxarı

Putinin Paşinyan haqda bu sözləri... - Valday eksperti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Paşinyan haqda bu sözləri... - Valday eksperti

Əgər Moskva razılaşması bütün iştirakçılar tərəfindən vicdanla yerinə yetirilsə, regionu həqiqətən də köklü dəyişikliklər gözləyir. Birincisi, bu, xarici ölkələrdən olan investorlar üçün daha cəlbedici olacaq. Bundan başqa, region ölkələrinin iştirakı ilə işgüzar əməkdaşlıq formatları yaradıla bilər. İqtisadi perspektiv, yeni irimiqyaslı logistika layihələri və geosiyasi sabitlik Moskva razılaşmasından sonra regionun inkişafının əsas funksiyaları olacaq.

Bu sözləri Axar.az-a “Valday” klubunun eksperti, UNESKO-nun Dövlət İdarəetmə Universitetinin (Rusiya) elmi işçisi Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda İrəvanda ciddi siyasi proseslər gedir:

“Ermənilər bütün bəlalarda günahkar olan birinin axtarışındadır. Belə bir adamın isə indiki halda Nikol Paşinyan ola biləcəyi bəllidir. Buna adi erməni prizmasından baxsaq, həqiqətən də 10 noyabr 2020-ci il tarixində Ermənistan Baş naziri Nikol Paşinyanın kapitulyasiya imzalaması müharibəni uduzmasında bilavasitə özünün cavabdeh olduğunu göstərir. Amma bu proseslərə daha dərindən nəsər salsaq, başqa nüanslar üzə çıxacaq.

Paşinyan ölkəyə iki ildən artıqdır ki, rəhbərlik edir. İstənilən liderin birinci ili, ümumiyyətlə, hesaba alınmır, çünki o, yalnız ölkədə real vəziyyətlə tanış olur. O dövrdə isə Ermənistanın vəziyyətini sadəcə “pat” adlandırmaq olardı. Əks təqdirdə 2018-ci ilin yazında Serj Sərkisyana qarşı keçirilən mitinqlərə yüz minlərlə insan çıxmazdı və demək olar ki, bütün ölkə Paşinyanın təşəbbüsü ilə Köçəryanın həbsini dəstəkləməzdi.

Bu gün Paşinyanı əsasən Sərkisyan və Köçaryan tərəfdarları günahlandırırlar. Onlar Paşinyana qəzəblidirlər. Çünki Nikol onları hakimiyyətdən uzaqlaşdırıb və yenidən qayıtmağa da imkan vermir. Prezident Putin bir neçə dəfə vurğulayıb ki, Paşinyanı xəyanətdə ittiham etmək əsassızdır. Doğrudan da, Ermənistanın baş naziri əlindən gələni etdi. Ölkəni hazırkı durumunda günahkar Paşinyan deyil. Ordunu sistemli şəkildə dağıdan o olmayıb, Ermənistanın iqtisadiyyatını köklü şəkildə məhv edən də o deyil. Günahkarlar kənardan bu prosseslərə nəzarət edir.

Buna görə də satqınlıqla bağlı ittihamların əsası yoxdur. Bununla Ermənistanda yalnız Paşinyanı nüfuzdan salmaq, sadə əhali arasında xal qazanmaq və ölkənin başında olmaq istəyən şəxslər məşğul olurlar”.

Prezident İlham Əliyevin Şuşaya səfərindən söz açan “Valday” klubunun eksperti onu da vurğulayıb ki, ortamüddətli perspektivdə Qarabağ inkişaf etmiş logistika şəbəkəsi, infrastrukturu, yeni çəkilmiş yolları olan və çiçəklənən, perspektivli region kimi görünür:

“Artıq yeni beynəlxalq aeroportun tikintisi elan edilib ki, bu da yaxın və uzaq xarici ölkələrdən turistlərin kütləvi axını anlamına gəlir. Çox güman ki, regionları təmin edəcək yeni müəssisələr tikiləcək, iş yerləri, təhsil və tibb ocaqları açılacaq. Qarabağın tamamilə yeni bir siması olacaq. Azərbaycanın tərkibində olan bu bölgə erməni separatizmi dövründə olduğu kimi, “barıt çəlləyi” kimi yaşamayacaq. Artıq Qarabağın yaraları sağalacaq: sabit, təhlükəsiz bir region. Qarabağ böyük perspektivlərə malikdir, üstəlik, artıq bir sıra ölkələr buraya sərmayə qoyuluşu və inkişafla bağlı kifayət qədər maraqlı təkliflər irəli sürməyə başlayıb”.

Tarix
2021.01.19 / 14:21
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla