Yuxarı

Erməni nazirin Bakı ilə əlaqəsi – Qalustyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni nazirin Bakı ilə əlaqəsi – Qalustyan

Ermənistanın hazırkı müdafiə naziri Vaqarşak Arutyunyandır. Axı o, istənilən halda, heç də erməni hərbçisi deyil. Əksinə, hətta Azərbaycanın hərbi qulluqçusudur. Çünki Arutyunyan Bakıda yerləşən S.M.Kirov adına Xəzər Ali Hərbi Dəniz Məktəbinin məzunudur.

Axar.az xəbər verir ki, bu sözlərlə erməni siyasi icmalçı Qraçya Qalustyan çıxış edib.

Onun sözlərinə görə, Bakıda məktəbi bitirdikdən sonra Arutyunyan 1990-cı ilə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

“1991-ci ildə N.Q.Kuznetsov adına Hərbi Dəniz Akademiyasını, 1998-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (Moskva) bitirib. Yəni məhz Bakı, SSRİ, sonra isə Rusiya bu adamı formalaşdırıb”, - deyə erməni ekspert vurğulayıb.

Qalustyan qeyd edib ki, Arutyunyanın keçmişi onun İrəvandakı növbəti nitqlərində öz təzahürünü tapıb:

“O bildirib ki, Ermənistan tərəfi Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının potensialının genişləndirilməsində və artırılmasında maraqlıdır. Bəs o, “erməni tərəfi” ifadəsi altında nəyi nəzərdə tutur? Qeyd edim ki, Ermənistan əhalisinin böyük əksəriyyəti ərazimizdə Rusiyanın hərbi bazasının olmasının əleyhinə çıxır”.

Tarix
2021.02.23 / 15:37
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla