Yuxarı

Prezident Türkiyənin bu ölkə ilə əlaqəsini düzəltmək istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Türkiyənin bu ölkə ilə əlaqəsini düzəltmək istəyir

Fevralın 26-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı gərəkli və vacib idi. Çünki 3 ay ərzində xeyli sual yığılmışdı. Prezidentin verdiyi cavablar həmin məsələlərə aydınlıq gətirdi.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fevralın 26-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını şərh edərkən deyib.

O bildirib ki, Prezidentin verdiyi cavablardan da bəlli olur ki, dövlət başçısı Rusiya hərbçilərinin Qarabağda əbədi qalmasını istəmir:

“5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək. Kəlbəcər işğaldan azad olundu. Türkiyə Ermənistanla sərhəddi 1993-cü ildə Kəlbəcərin işğalına görə bağlamışdı. Ona görə də Bakı hazırda Türkiyənin Ermənistanla sərhədi açmasına etiraz etmir, halbuki Ankaranın özünün də İrəvana şərtləri var”.

Politoloq qeyd edib ki, Prezident Xocalıya və Xankəndiyə də qayıdacağımızı bir daha təsdiqlədi, ancaq bir qədər zamana ehtiyac var:

“Əsas odur ki, zamandan düzgün istifadə edə bilək. Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsi ilə Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır.

Prezident İlham Əliyev mətbuat konfransında jurnalistlərdən birinin “Türkiyə ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq üçün rəsmi Bakı vasitəçilik təşəbbüsü ilə çıxış edibmi?” sualına maraqlı cavab verdi: Dedi ki, dostlarımız arasında dostluq olarsa, bu, həm dostlarımız üçün, həm də bizim üçün daha yaxşı olar.

Bu cavabdan o qənaətə gəlmək olar ki, İlham Əliyev Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını istəyir. Çünki hər iki ölkə Azərbaycanın dostudur. Deməli, rəsmi Bakının vasitəçilik təşəbbüsü ilə çıxış etdiyi ehtimalı yüksəkdir. Bakının vasitəçiliyi ilə ya Türkiyə ilə İsrail təmsilçiləri arasında təmaslar başlayıb, ya da təmasların başlaması hazırlıq mərhələsindədir”.

Tarix
2021.02.27 / 23:41
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla