Yuxarı

"Vaşinqton Tayms": ABŞ Bakının çağırışını eşitmək istəmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Vaşinqton Tayms": ABŞ Bakının çağırışını eşitmək istəmir

Son illər ABŞ öz müttəfiqləri barəsində birmənalı xarici siyasət yeritmir.

Azərtac xəbər verir ki, bu sözləri Kaliforniya Universitetinin professoru Norma Zager Amerikanın "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində yazıb.

N.Zager bir çox misallar əsasında Azərbaycanı Birləşmiş Ştatların etibarlı və sədaqətli müttəfiqi adlandırır, lakin bildirir ki, Vaşinqton onun problemlərinə göz yumur.

"ABŞ Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının geri qaytarılmasına, işğala və təcavüzə son qoyulmasına çağıran qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün ona təsir göstərmək çağırışlarına qulaq asmaq istəmir", - müəllif bildirib.

Müəllifin sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Rusiyanı Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırır, lakin Azərbaycan barəsində haqsızlığı nəzərdən qaçırır. O yazır: "Hətta Ermənistan tərəfinin təkrar təcavüz aktları pislənilmir".

Müəllifin qeyd etdiyinə görə, son illər Azərbaycan dəfələrlə tənqidə məruz qalıb və təəssüf ki, vətəndaş cəmiyyətinin qurulmasında, ölkənin həyatının yaxşılaşdırılmasına yönəldilmiş sabit və uzunmüddətli inkişaf üçün zəmin yaradılmasında Azərbaycanın xidmətləri çox az hallarda etiraf edilir.

Tarix
2015.06.05 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla