Yuxarı

Nikol qarşısını ala bilmədi: Köçəryan “Pozner”ə nə danışdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öncə qeyd edim ki, Robert Köçəryanın vəziyyətinə baxıb onun düşdüyü aciz durumdan fərəh hissi duydum. Milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir insan təsiri bağışladı.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibəsi haqda fikirlərini bölüşərkən deyib.

Politoloq qeyd edib ki, Ordumuz tərəfindən sındırılmış Köçəryanın Poznerə verdiyi müsahibə haqda ilkin nəticələr bunlardır:

“1. Robert seçkiqabağı kampaniyanı Rusiyanın “Birinci kanalı”na müsahibə ilə başladı. Müsahibənin efirə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlamış, lakin məqsədə çatılmamışdı.

2. Köçəryan Türkiyəni Ermənistan üçün 1 nömrəli təhdid adlandırmış və bildirmiş ki, əgər sərhədlər açılarsa, Ermənistan Acarıstanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq.

3. Revanş haqqında suala cavab verən Köçəryan dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri-mümkün olacağını qeyd edib.

4. Qarabağın gələcəyi haqqında danışarkən keçmiş DQMM ərazisinin danışıqlar yolu ilə bərpa ediləcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, hələ heç də Qarabağla bağlı hər şey itirilməyib.

5. Müharibənin başlamasında Nikolu günahlandırıb. Madrid prinsipini öz istəyi kimi şərh edərək, vaxtilə ətraf rayonları “dqr” statusu müqabilində qaytarmağa hazır olduğunu qeyd edib.

Beləliklə, seçkiqabağı kampaniyasının ilk müsahibəsində Robert Putinin xoşuna gəlməyə çalışıb, “dqr”in statusundan, revanşdan danışmayıb. Müharibəyə qədər sinəsinə döyən və özündən razı şəkildə Qarabağdan danışan Köçəryan bu dəfə “quzu”ya dönüb, “mənəm mən” deyə bilmədi”.

Z.Məmmədov vurğulayıb ki, rus mediasının Köçəryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir:

“Aprelin 7-si Paşinyanın Putinlə görüşü yəqin ki, Nikolun taleyini həll edəcək.

O ki qaldı Poznerə, proqramın əvvəlində onun Köçəryanı keçmiş və qondarma “dqr”in “birinci prezidenti” adlandırması və bunun efirə verilməsi kanala müsbət heç nə vəd etmir!”

Qeyd edək ki, Pozner Gürcüstanın ərazi bütövlüyünə şübhə etdiyi üçün Tiflisdən yumurta atəşi ilə yenicə qovulub.

Tarix
2021.04.06 / 09:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla