Yuxarı

Səfirliyimizdən Bundestaq qətnaməsinə reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirliyimizdən Bundestaq qətnaməsinə reaksiya

Azərbaycanın Berlindəki səfirliyi Almaniya Bundestaqı tərəfindən qəbul olunan qətnamə ilə bağlı mövqeyini açıqlayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü "Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək" adlı qətnamə qəbul edilib.

"Belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Bu hər şeydən əvvəl orada əksini tapan ittihamların düzgün olmaması və boş mülahizələrə əsaslanmasından qaynaqlanır. Qətnamənin qəbul olunması vaxtının ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının açılışı ilə bir vaxta düşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu idman tədbirinin keçirilməsini kölgə altına almaq və bununla Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Bu bizdə dərin təəssüf hissi doğurur.

Bir daha bəyan etmək istəyirik ki, biz konstruktiv, dəqiq ifadə olunmuş və faktlara əsaslanan tənqidə qarşı deyilik. Lakin sözügedən qətnamə Azərbaycanı kor-koranə şəkildə hədəfə alır və ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bu ittihamları qətiyyətlə rədd edirik. Heç bir şəxs ölkəmizdə öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmayıb və olunmur. Almaniya Federativ Respublikasının ali siyasi orqanlarından olan Bundestaqın qeyri-dəqiq və səhv məlumatlara əsaslanaraq ölkəmizi ittiham etməsi qəbuledilməzdir".

Səfriliyin bəyanatında qeyd olunub ki, Azərbaycan 24 illik müstəqilliyi dövründə mühüm demokratik inkişaf yolu keçib və kiçik zaman ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə edib: "Ölkəmizdə yeni katolik, rus-ortodoks kilsələrinin tikintisi və bərpası, bizim regionda ən böyük yəhudi sinaqoqunun Bakıda açılması Azərbaycanda hökm sürən dini tolerantlığın yüksək səviyyəsindən xəbər verir. Bu sahədə həyata keçirilən işləri və göstərilən səyləri nəzərə almadan sözü gedən qətnamə ölkəmizi dini azadlığın mövcud olmamasında qınayır. Bu qətnamənin məsələyə necə qərəzli yanaşdığını sübut edən nümunələrdən biridir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və könüllü şəkildə demokratiya yolunu seçib. Azərbaycan bu gün də bu yolu davam etdirir".

Tarix
2015.06.12 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...

MM-də beynəlxalq parlament konfransı keçirildi

İlham Əliyevin Serbiyaya səfəri gözlənilir

Natalya Petkeviç Füzuliyə getdi - Foto

Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto

Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla