Yuxarı

Prezident Macarıstan nümayəndə heyətini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Macarıstan nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Macarıstana sonuncu səfərini məmnunluqla xatırladıb.

Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına da əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana son səfərinə toxunan Laszlo Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2015.06.17 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla