Yuxarı

Ordumuz Qaragölü nəzarətə götürdü - Nikoldan reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Qaragölü nəzarətə götürdü - Nikoldan reaksiya

Azərbaycan Ordusunun Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etməsi və Qaragölü nəzarətə götürməsinə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan reaksiya verib.

Axar.az xəbər verir ki, gecə saatlarından Təhlükəsizlik Şurasının iclasını toplayan Nikol Paşinyan Azərbaycanı ittiham etməkdən də çəkinməyib.

“Zəngəzur (Sünik) vilayətinin Qaragöl rayonunda vəziyyət olduqca ciddi qalmaqda davam edir və heç nə dəyişməyib. Ərazidə Azərbaycan hərbçiləri və bizim hərbçilərimiz var. Amma demək istəyirəm ki, vəziyyət hərbi gərginlik səviyyəsinə çıxmayıb. Heç bir atışma və toqquşma baş verməyib”, - Paşinyan bildirib.

Ermənistanın illərdir Azərbaycan ərazilərini işğal etməsi və qanunsuz olaraq dövlət sərhədini dəyişməsi faktlarını unudan Nikol Paşinyan guya Azərbaycanın Qaragölə sahiblənməsi üçün saxta xəritələrdən istifadə etdiyini deməkdən də çəkinməyib.

Hətta Nikol daha da irəliyə gedərək, Azərbaycan hərbçilərinin ərazidən çıxarılması ilə bağlı işlərin aparıldığını da deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu ötən gün GPS və xəritələr əsasında dövlət sərhədimizi bərpa etmək üçün 2-3 km irəliləyərək, Qaragölü tam nəzarətə götürüb. Torpaqlarımız işğal altında olduğu vaxt sərhədləri həyasızcasına qabağa çəkərək, zəbt edən ermənilər isə hər dəfə sərhəd dəqiqləşməsində hay-küy salaraq, zəbt etdikləri ərazini geri vermək istəmirlər.

Tarix
2021.05.13 / 13:02
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla