Yuxarı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi...

Ermənistanın Zəngəzur istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı aparılan işlər çərçivəsində 12 may tarixindən başlatdığı antiazərbaycan kampaniyası və siyasi şousu ilə bağlı maraqlı açıqlamalar gəlməkdədir.

Axar.az xəbər verir ki, Azərbaycan Ordusunun GPS və xəritələr əsasında davranmasına, heç bir aqressiv addım atmamasına və danışıqlara açıq olmasına baxmayaraq, Ermənistan rəhbərliyi 12 may tarixində Azərbaycan Ordusunun sərhədləri bərpa edərək, Qaragölə nəzarəti götürməsini “Ermənistan sərhədləri daxilinə müdaxilə” adı ilə saxtalaşdıraraq, müxtəlif dövlətlərə şikayətə başladı. Rusiya lideri Putindən tutmuş Makrona qədər, bir neçə liderə dəfələrlə zəng edən Nikol Paşinyan Qaragöl ətrafında şounu genişləndirməkdə davam edir.

Halbuki erməni rəsmilər özləri Azərbaycan Ordusunun heç bir aqressiya göstərmədiyini, müzakirələrin ilk gündən davam etdiyini və xəritələrin müqayisə edildiyini açıqlayır. Bu gün saat 15:00-da da növbəti müzakirə başlayıb. Hətta Vardenis administrasiyasının rəhbəri Azərbaycan zabitlərinin müzakirələrdə erməni tərəfinin haqlı olduğunun üzə çıxacağı halda üzr istəyib, geri çəkilməyə hazır olduqlarını bildirdiyini də elan edib.

Bəs, belə halda Ermənistan niyə hay-küy salır?

Ermənistan müxalifətinin nümayəndələri bunu Nikol Paşinyanın oyunu kimi təqdim edirlər. Robert Köçəryan tərəfdarı olan “döyüşçü”, Qarabağ klanının üzvü Qarnik Arakelyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Zəngəzur vilayətində sərhəd demarkasiya və delimitasiyasının bu səviyyədə gərginləşdirilməsi siyasi oyundur və hədəf seçkiləri təxirə salmaqdır.

O iddia edib ki, Nikol Paşinyan gərginliyi artıraraq, hərbi vəziyyət elan etməyə çalışır.

Erməni sosial şəbəkə istifadəçiləri də heç bir əsası olmayan, Azərbaycan Ordusu ilə sakit müzakirələrin aparılmasına baxmayaraq, məsələnin bu dərəcədə şişirdilməsini Nikol Paşinyanın seçkiyə hesablanmış oyunu adlandırırlar.

İddialar sırasında o da bildirilir ki, sərhəddəki gərginlik qısa müddətdə sakitləşərsə və Paşinyan istəyinə nail olmasa, onda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan “B planı”na keçəcək və pandemiyanı bəhanə edəcək. Belə ki, koronavirusa yoluxma sayı şişirdilərək, qapanmalara gediləcək - ən yaxşı halda seçkilərdə məhdudiyyətlər tətbiq ediləcək, ən pis halda isə seçkilər təxirə salınacaq.

Tarix
2021.05.15 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla