Yuxarı

Ekozyans qədim erməni yalanını ifşa etdi - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekozyans qədim erməni yalanını ifşa etdi - Faktlar

Məşhur tarixçisi, erməni əsilli tədqiqatçı Filip Ekozyans Lord Corc Bayronun “erməni” uydurmasını darmadağın edib.

Axar.az xəbər verir ki, Ekozyans yaydığı videosüjetdə dünya şöhrətli britaniyalı lordun “erməni dili” qrammatikasının müəllifi olmadığı, həmçinin bu dili normal öyrənə bilmədiyi barədə sübutlar və foto-faktlar gətirib.

“Ermənilərə öyrədiblər ki, guya həmin lord “qədim erməni mədəniyyəti”nin vurğunu olub və guya erməni dilini mükəmməl öyrənərək, hətta bunların qrammatikalarının müəllifi də olubmuş. Qeyd edək ki, Bayron haqqında Vikipediyada da bu saxta məlumat yer aldıb.

Əslində o, cəmi 3 ay erməni dilini öyrənməyə cəhd edib və həmin vaxtlar yazdığı məktublarda bu işin onda heç də yaxşı alınmadığını qeyd edib.

Bayronun Tomas Mura yazdığı məktubdan (5 dekabr 1816-cı il):

“Mən erməni dilini əyləncə kimi oyrənmək istəyirdim...”

Lord üçün erməni dili çox çətin gəlirdi. Bayronun Con Hobhauza məktubundan (19 dekabr 1816):

“Bu müddət ərzində mən otuz səkkiz ilan-qurbağaya oxşayan erməni hərfindən 30-u ilə tanış oldum və bir hecadan ibarət bir neçə söz öyrəndim”.

İndi əziz erməni qardaşlarım, mənim bir sualıma cavab verin: Bayron erməni dilini bilə, erməni dilini tərcümə edə, erməni qrammatikasının müəllifi ola bilərmi? Mənim üçün cavab aydındır və bu cavab kəsinliklə YOX-dur”, - deyə Ekozyans bildirib.

Tarix
2021.06.10 / 11:50
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla