Yuxarı

Sədrdən deputata: Kabinetdən çıxacam, siz qulaq asarsız

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sədrdən deputata: Kabinetdən çıxacam, siz qulaq asarsız

Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Niyə polis gedib öz rəhbərinə məlumat verməlidi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır:

“Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam, siz ona qulaq asarsınız. Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?! Sizin çıxışınız məni məyus etdi”.

Tarix
2021.08.03 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

Koştadan İranın Naxçıvana hücumuna reaksiya

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Biz buna böyük sərmayə yatırırıq - Prezident

İrandan təxliyə: Koşta Azərbaycana təşəkkür etdi

“Trampın yolu”nu təxirə salmaq niyyətimiz yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla