Yuxarı

Nazir oğluna Beynəlxalq Bankda vəzifə verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Bankın rəhbərliyində təmsil olunan şəxslər məşhur insanların övladlarıdır.

ANS-in məlumatına görə, bankın idarə heyətinin sədri vəzifəsinə "Azər-Türk Bank"ın İdarə Heyətinə rəhbərlik etmiş Elmar Məmmədov təyin olunub.

Bu vəzifəni 4 il icra edəcək Elmar Məmmədov Dövlət Sığorta Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. Elmar Məmmədovun müavinlərindən Ülvi Mansurovun bəstəkar Eldar Mansurov, Murad Şirəliyev isə səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.

1967-ci ildə anadan olan Elmar Məmmədov 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbayel filialının müdiri olub.

2004-cü ilin noyabrından "Kapital Bank" ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.

"Kapital Bank" ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, "Kapital Bank" ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü ildə isə "Azər-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.

Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

Murad Şirəliyev səhiyyə nazirinin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır. Murad Oqtay oğlu Şirəliyev 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub.

1994-1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb.

2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr təhsili alıb, həm də fərqlənmə diplomu ilə.

Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

Bir sıra elmi məqələlərin müəllifi olan nazir oğlu əmək fəaliyyətinə 1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən isə bank sektoruna işə düzələn M.Şirəliyev "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü olub. 2005-ci ildə o, "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Ülvi Mansurovun bank sektorunda ilk işə 2001-ci ildə Beynəlxalq Bankın "Sahil" filialında başlayıb.

2003-cü ildə o, Baş idarəyə Maliyyə depatamentinə baş mütəxəssis kimi dəvət edilib. 3 il bu vəzifədə işlədikdən sonra Mansurov Maliyyə auditi və monitorinq departamentinə rəhbər təyin edilib.

2009-cu ildə Ülvi Mansurov Mühasibatlıq üzrə müavin vəzifəsində 2 il çalışdıqdan sonra, digər bankda işləmək üçün dəvət alıb. Mansurovun növbəti iş yeri 2012-ci ildə Bank Technique (köhnə adı Texnika Bank) idarə heyətinin sədri vəzifəsində olub. Mansurov 2015-ci ilin əvvəlində bu vəzifədən istefa verib.

Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.

Tarix
2015.07.25 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla