
Rusiyadan qalxan xüsusi təyyarə Ankoricə eniş etdi
22:51
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Rafiq Tağının qətli ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb.
Bu barədə "Axar.az"a məlumatı Rafiq Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov verib.
O, Baş Prokurorluqdan bu gün məktub aldığını və məktubda icraatın dayandırılmasının qeyd olunduğunu deyib. Həmçinin vəkil qərarla bağlı şikayət verəcəklərini bildirib.
Xatırladaq ki, yazıçı-publisist Rafiq Tağı 19 noyabr 2011-ci ildə yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.
Tarix
2014.01.08 / 14:37
|
Müəllif
Emil Bağırov
|