Yuxarı

Deputat: “2 milyon havaya sovruldu”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat: “2 milyon havaya sovruldu”

Qərbin nüfuzlu maliyyə və siyasi dəstəyinə baxmayaraq, Ermənistan-Türkiyə sərhədlərinin açılması ideyası Sürix protokolları kimi uğursuz oldu.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Rasim Musabəyov öz rəsmi Feysbuk səhifəsində yazıb. Deputat Avropa İttifaqının Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı verdiyi qrantları şərh edib.

Siyasətçi oxucularına 8 türk və erməni QHT-sinə verilən 2 milyonluq qrantı xatırladıb: "2014-2015-ci illərdə həyata keçirilən layihə "1915-ci il soyqırımı"nın 100 illiyinə həsr olunub. Layihədə türk və erməni QHT-lərindən başqa Avropa İttifaqının Türkiyə, Gürcüstan, Ermənistan və Avropa Xarici Siyasət Xidməti nümayəndəlikləri də iştirak edib.

Layihə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinə rəğmən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini nəzərə almadan türk-erməni münasibətlərinin normallaşdırılmasını əsas götürən Sürix protokollarının təşəbbüskarı olmuş Qərb dövlətləri tərəfindən dəstəklənirdi. Təhlilin məqsəd və fəaliyyət istiqamətləri onun icraçıları, təşkilatçıları və sponsorları qədər maraq doğururdu".

R.Musabəyov qeyd edib ki, Qərbin maliyyə və siyasi dəstəyinə baxmayaraq, Türkiyə-Ermənistan sərhədlərinin açılması Sürix protokolları kimi fiaskoya uğradı:

"Şübhə etmirəm ki, MİT bu layihədən istifadə edərək milli təhlükəsizliyin zəif nöqtələrini aşkarlayıb və bununla birlikdə potensial cəhətdən əməkdaşlıq üçün ermənilərlə əlaqələr qurub. Çətin ki, sözügedən layihənin nəticəsi müsbət hesab olunsun. Nəticə etibarilə Ermənistandan olan bir qrup QHT, həmçinin Türkiyənin bir neçə erməni QHT-si bu müddətdə pul qazanmağa nail oldular, AB məmurları isə "görülmüş işlər" barədə hesabat verməklə kifayətləndilər.

Azərbaycandakı yerli pessimistlərin və ölkə xaricində olan bədxahların fərziyyələrinin əksinə, rəsmi Ankara Qərbin təzyiqinə qarşı durub və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edir. Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik mövcud olduğu halda başqa cür ola da bilməzdi. Satılmış jurnalistlər, milli identiklik və qürur hissi zəif olan şəxslərin müxtəlif çıxışları Türkiyənin ictimai rəyini çaşdıra bilmədi.

Türkiyə ictimaiyyəti Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla barışıq ideyasını dəstəkləyə bilməzdi. Erməni havadarlarına aydın oldu ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən regionda sülh bərqərar ola bilməz; sərhədlər açıla və hər hansı bir əməkdaşlığa nail oluna bilməz. Bakının arxasınca görülən pərdəarxası işlər heç kimə divident gətirməyəcək".

Tarix
2015.08.03 / 17:09
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla