Yuxarı

“Anti-türk qüvvələrin koalisiyası yaranır” – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Anti-türk qüvvələrin koalisiyası yaranır” – Şərh

Qərb kürd problemini qabardıb rəsmi Ankaranı iki cəbhəli vəziyyətə sürükləmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında hazırda Türkiyədə HDP-nin bağlanması fonunda ölkədə yaşanan qeyri-sabitliyi dəyərləndirərkən politoloq Tofiq Abbasov deyib. O, Türkiyənin hazırkı durmunun Qərbə sərf etdiyini bildirib:

"Türkiyənin ətrafında ciddi risk mənbələri olduğu halda ölkə daxilində qeyri-sabitlik doğuran proseslər təşəkkül tapır. İndi bu ölkəyə ən çox lazım olan sabitlikdir ki, məmləkət xaricdən olan təhdidləri cilovlaya bilsin. Lakin xarici qüvvələr, xüsusən də Qərbin bəzi dairələri kürd problemini qabardıb rəsmi Ankaranı iki cəbhəli vəziyyətə sürükləməyə çalışırlar. Müəyyən mənada ölkənin siyasi isteblişmenti bir sıra ciddi səhvlər buraxmaqla düşmənlərə manevr imkanları yaratdı. Ən bağışlanmaz səhv ondan ibarətdir ki, Türkiyə ətrafında olan münaqişəli vəziyyətlərə qatılıb divident əldə etmək fikrinə düşüb. Buna sövq edən isə Qərb dairələridir. Nəticədə Ankara heç bir divident əldə etmədən Suriya və "İslam dövləti" deyilən qondarma qruplaşma ilə münaqişəyə qoşulub. Hazırda bölgənin digər güc sahiblərinin Ankaranın hakim davranışına zidd çıxması durumu daha da çıxılmaz edir. Məhz buna görə indi anti-türk qüvvələrin qeyri-rəsmi koalisiyası yaranmaq üzrədir".

Politoloqun sözlərinə görə, PKK-nın siyasi qanadı sayılan HDP ilə bağlı başlanan qalmaqal çox böyük təhdidlərə yol aça bilər:

"Hətta təşkilatın teror qruplaşması ilə əlaqələri ifşa edilsə belə, ölkə prokurorluğu HDP ilə əlaqəli araşdırmasını çox siyasiləşdirməməlidir. Çünki indiki həssas məqamda kürdləri qıcıqlandırmaq mərkəzi hökumətə qətiyyən lazım deyil. Odur ki, yüksək siyasi dairələrin bu məsələ ilə bağlı parqmatik yanaşmasına böyük ehtiyac var. Əgər daxili siyasi böhran bir qədər də dərinləşsə, onda ölkədə sabitlik ciddi şəkildə pozulacaq. Bu isə öz növbəsində hökumət böhranı ilə nəticələnə bilər".

Tarix
2015.08.04 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla