Yuxarı

Ərdoğandan sonra Ankara-Bakı əlaqələri necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan sonra Ankara-Bakı əlaqələri necə olacaq?

Türkiyə iqtisadiyyatında ciddi problemlər yaşanır, lirə sürətlə dəyərdən düşür, qiymətlər qalxır. Mövcud vəziyyət Türkiyə vətəndaşlarını narahat edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bəzi şəhərlərdə lirənin ucuzlaşmasına etirazlar da qeydə alınıb:

“Elə buna görə də “Türkiyədə erkən seçkilər keçirilə bilərmi” sualı aktuallaşıb. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan qətiyyətlə erkən seçki keçirilməyəcəyini bildirdi. Hakim partiyanın reytinqinin azalması fonunda erkən seçki AKP-nin maraqlarına uyğun deyil. Rəcəb Təyyub Ərdoğan Cümhuriyyətin yüz illiyinə - 2023-cü ilə qədər istefa verməyəcək, o, həmin tarixdə böyük meqa-layihələrin işə düşməsinə rəhbərlik etmək istəyir”.

Politoloq bu proseslər fonunda Azərbaycandakı narahatlığa da toxunub:

“Azərbaycanda bu proseslər bir sualı aktuallaşdırıb: Türkiyədə Ərdoğanın yerinə bir başqası Cümhurbaşqanı seçilərsə, bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsiri necə olacaq?

Əlbəttə, Ərdoğanın Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqının güclənməsi üçün gördüyü işlər danılmazdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın dəstəyini inkar etmək də mümkün deyil. Misal üçün Türkiyədə hakimiyyətdə başqası olsaydı, Azərbaycan eyni dəstəyi almaya da bilərdi. Ancaq bu o demək deyil ki, Ərdoğandan sonra Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı zəifləyəcək. Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki, onun yerinə gələn bu siyasəti davam etdirməli olacaq, “Şuşa Bəyannaməsi”nə uyğun siyasət yürüdəcək.

Digər tərəfdən Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sistemləri xeyli inteqrasiya olunub. Türkiyədə növbəti Cümhurbaşqanı bu amili də nəzərə almaq məcburiyyətində qalacaq. Ona görə də Ərdoğan sonrası Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi barədə narahat olmağa dəyməz”.

Tarix
2021.11.24 / 13:55
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla