Yuxarı

Zakir Həsənov cəbhədə tikilən obyektlərdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov cəbhədə tikilən obyektlərdə - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə prezidentinin göstərişinə əsasən cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan Müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Zakir Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

Tarix
2015.08.06 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla