Yuxarı

“Omikron” variantına ölkəmizdə rast gəlinməyib – Həkim

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Omikron” variantına ölkəmizdə rast gəlinməyib – Həkim

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “Omikron” adı verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını “narahatlıq doğuran variant” kimi dəyərləndirib. Virusun bu variantı hazırda da sürətlə yayılmaqda davam edir. Bəs Azərbaycan bu təhlükədən necə qorunmalıdır?

Bu barədə Axar.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, vaksinlərin koronavirusun “omikron” variantına da qarşı effektiv olduğu dəqiqdir.

“Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər “omikron” ştammına uyğun təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər. Hələ ki, koronavirusun “omikron” variantına Azərbaycanda rast gəlinməyib. “Omikron” ştammıyla bağlı ən effektiv önləyici tədbir vaksinasiyadır. Bu proses Azərbaycanda hazırda davam etdirilir. Sadəcə əhali peyvəndləmə prosesində daha aktiv iştirak etməli və müəyyən olunmuş qaydalara əməl etməlidir”, - infeksionist qeyd edib.

Qeyd edək ki, “omikron” ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.

Tarix
2021.12.01 / 01:11
Müəllif
Aygün Adıgözəlova
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla