10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
02:05
| Ana səhifə Gündəm |
|
Türkiyənin Şırnak vilayətinin Silopi mahalında YDG-H (Yurtsever İnqilabçı Gənclik Hərəkatı) üzvləri ilə polis arasında silahlı qarşıdurma baş verib.
Publika.az xəbər verir ki, YDG-H üzvləri mahalın Barbaros məhəlləsində xəndəkləri doldurmağa gələn təhlükəsizlik güclərinə atəş açıb.
Silahlı qarşıdurma nəticəsində ilkin məlumata görə 2 YDG-H üzvü ölüb, 6 polis yaralanıb. Qarşıdurma zamanı bəzi evlərin güllələrin hədəfi olduğu və vətəndaşların yaralandığı bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobili cəlb edilib. Mahalda silah səslərinin hələ də eşidildiyi və gərginliyin davam etdiyi xəbər verilir.
|
Tarix
2015.08.07 / 15:14
|
Müəllif
Axar.az
|