Yuxarı

İcra başçısı: “Hər görülən iş dövlətimizin adınadır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı: “Hər görülən iş dövlətimizin adınadır”

Hər bir iş, görülən tədbir dövlətimizin, millətimizin adınadır və ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə xidmət edir.

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev deyib. Onun sözlərinə görə, Qəbələdə keçirilən Dünya Kubokundan qonaqların razılıq etməsi, buradakı doğmalıq, qayğı, yüksək təşkilatçılıq barədə tez-tez təşəkkürlərini çatdırması onları sevindirir:

"Bütün bu münasibət bir daha təsdiqləyir ki, ölkə rəhbərliyinin etimadını doğrulda bilmişik. Rəhbərliyin diqqət və qayğısı ilə mötəbər bir tədbirə ev sahibliyi etmək və bunun öhdəsindən layiqincə gəlmək əlbəttə qürurvericidir. Hər bir iş, görülən tədbir dövlətimizin, millətimizin adınadır və ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə xidmət edir. Ölkəmiz, insanlarımız, mədəniyyətimiz və böyük tədbirlərə ev sahibliyi etməyə qadir olduğumuz barədə xoş təəssüratlar Azərbaycanın dövlətçilik ənənəsinin necə güclü olduğunun bariz nümunəsidir".

Səbuhi Abdullayevin sözlərinə görə, yerli qurumlar qonaqlar və turistlər üçün yaradılan şəraiti daim nəzarətdə saxlayır və kiçicik bir problemin belə ortaya çıxmasına imkan vermir:

"Çalışırıq ki, Baklıdan və xaricdən gələn qonaqlar, media nümayəndələri və tədbir iştirakçıları bu qayğını daim hiss etsinlər. Fürsətdən istifadə edib qonaqları milli mədəniyyətmiz, mətbəximizlə də ətraflı tanış edirik. İnşallah, bu cür yüksək səviyyədə də bu beynəlxalq tədbiri yekunlaşdıracağıq".

Tarix
2015.08.10 / 16:50
Müəllif
Əli Taleh
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla