Yuxarı

AKP-CHP görüşü nə vəd edir? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP-CHP görüşü nə vəd edir? – Ekspert

Davudoğlu ilə Kılıçdaroğlu arasındakı bu görüş kritik bir zamanda baş verdi. Bu baxımdan hər iki partiya proseslərə məsuliyyətli yanaşır. Gedişat Türkiyədə koalisiya hökumətinin qurulacağı təəssüratı yaradır.

Bu sözləri Axar.az-a Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri ötən gün AKP-CHP liderləri arasındakı görüşü şərh edərkən deyib.

Politoloqun fikrincə, AKP-CHP arasında koalisiya hökuməti qurulması istiqamətində görüş MHP tərəfindən də müsbət qarşılanır.

Siyasi ekspert koalisiya hökumətinin ömrünün AKP-nin Suriya siyasətindən asılı olacağını düşünür:

"Türkiyənin son hadisələrin fonunda oturuşmuş hökuməti olmasa, qərarlar vermək mürəkkəbləşəcək. Nəzərə almaq lazımdır ki, həm AKP, həm CHP sosioloji sorğuların nəticələrinə istinad edir.

Hər iki partiya bu prosesdə siyasi ambisiyalarından Türkiyə naminə vaz keçməsələr, erkən seçkidə ciddi elektorat itirmiş ola bilərlər. Bu mənada görüş öncəsindən artıq AKP-CHP cütlüyündən ibarət koalisiya hökuməti qurulduğu görünür".

Siyasi analitik erkən seçkidə AKP-nin təkbaşına iqtidar olacağını da güman etmir: "PKK və İŞİD-in eyni vaxtda Türkiyədə fəallaşması, terror ruzigarını əsdirməsi Ərdoğanın xarici siyasətinə ciddi təsir etdi. Bu hadisələr AKP üçün mənfi rəy yaradır ki, erkən seçkilərdə onların təkbaşına hakimiyyət olması inandırıcı görünmür".

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 18:00-da başlayan və 4 saat 20 dəqiqə davam edən Davudoğlu-Kələcdaroğlu görüşünün nəticələri barədə mediaya heç bir açıqlama verilməyib. Bu gün görüşlə bağlı açıqlamalar gözlənilir.

Tarix
2015.08.11 / 08:45
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla