Yuxarı

Erkin Qədirli AŞPA-da bu qətnaməyə qarşı bu cür çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli AŞPA-da jurnalistlərin işini, medianı tənzimləyən qətnamənin əlehinə səs verib.

Axar.az Erkin Qədirlinin avroparlamentarilər tərəfindən böyük maraqla qarşılanan çıxışının mətnini təqdim edir:

“Yunanıstandan olan hörmətli həmkarımız Tomas Ceffersonun adını çəkdi. O, həqiqətən də ən böyük tarixi şəxsiyyətlərdən biri idi, lakin biz Nyu York şəhərinin İctimai Planlama Komissiyasının yekdilliklə Tomas Ceffersonun heykəlini sökmək qərarına gəldiyi bir dövrdə yaşayırıq. Çünki onlar onun Amerika tarixinin ən biabırçı səhifələrindən biri olduğu qənaətinə gəliblər. Bu, mediada və medianın tarixlə manipulyasiyasının mənfi təsirlərinin çoxsaylı nümunələrindən biridir.

Bu hesabat layihəsi medianın rolunu müəyyən etmək məqsədi güdür, lakin görünən odur ki, medianın özünün dərin böhran içində olması ilə bağlı kobud gerçəkliyi nəzərə almır.

Başlanğıc üçün özümüzə əsas sualı verməliyik: belə bir hesabata həqiqətən ehtiyac varmı və biz, siyasətçilər olaraq, jurnalistlərə mentorluq edə bilərikmi? Bu suallara cavablarım mənfidir, lakin hüquqşünas olduğum üçün bəzi hüquqi arqumentlərə diqqət yetirməyə çalışacağam.

Təəssüf ki, bu hesabatda istifadə olunan terminologiya ya aydın məna daşıması üçün çox məcazidir, ya da hüquqi konnotasiyaya malik olması üçün çox çaşdırıcı.

“Sağlam media ekosistemi” və ya “bu həm hüquq, həm də vəzifədir” kimi ifadələr heç bir aydınlıq gətirmir.

Sitat gətirəcəyim layihədə deyilir: “Media böhranın səbəbləri və mənfi təsirlərinə qarşı mübarizə aparmaq və onu aradan qaldırmaq üçün düzgün tədbirlər haqqında müzakirələri stimullaşdıra bilməlidir”.

Bu maddə, təbii ki, dərhal diqqəti cəlb edir. O, nəzərdə tutur ki, düzgün tədbirlər artıq məlumdur. Burada sual yaranır: nəyə görə media artıq məlum olan nəyinsə müzakirəsini stimullaşdırmalıdır? Və kimə məlum olan?

Bu məqamda mən Assambleyanın ötən il qəbul etdiyi “ictimaiyyətin bilmək hüququ” adlı qətnaməsini xatırlatmaq istəyirəm. Mən o qətnaməyə qarşı çıxdım, çünki o, zəif tərtib edilmiş və yanlış konsepsiyalarla dolu idi.

Təəssüf ki, mən eyni əsaslarla bu hesabata da qarşı çıxmalıyam.

4-cü bənd xüsusilə narahatedicidir. Orada deyilir: “Media siyasi liderlərin qəbul etdiyi qərarların legitimliyini gücləndirməyə köməklik edir”.

Media nə vaxtdan belə bir rola malikdir? Media hər zaman liderlərin qəbul etdiyi qərarların legitimliyini sual altına almaq və onları ictimai nəzarətə çıxarmaq rolunu oynayıb.

Bundan əlavə, media birdən-birə maarifləndirici rola malik olmalıymış - mən bunu sadəcə başa düşə bilmirəm. Amma bu paraqrafın öz daxili məntiqi var, çünki daha sonra qeyd edilir ki, “o, qoyulan yeni öhdəlikləri təhlil etmək və izah etmək qabiliyyətinə malik olmalıdır” və s.

Doğrudur, bu paraqrafın daxili məntiqi var, amma kökündən yanlışdır.

Vaxtım bitdi. Çıxışımı onunla bitirirəm ki, mən bu qətnamənin əleyhinə səs verəcəm".

Tarix
2022.01.26 / 22:37
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla