Yuxarı

Makron Bakının yaratdığı reallığı qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Bakının yaratdığı reallığı qəbul etdi

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası prezidentləri və Ermənistanın baş nazirinin dünən videoformatda keçirilən görüşünü Brüssel görüşünün davamı hesab etmək olar. Makron da görüşün keçirilməsinə Minsk Qrupunun həmsədri kimi deyil, Avropa İttifaqının sədri kimi təşəbbüs göstərib. Fikrimcə, burada əsas məqam müzakirə olunanlardan daha çox, müzakirə olunmayan mesajlardır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Politoloq əsas diqqəti görüşdə post-müharibə dövründən sonrakı məsələlərin müzakirəsinə çəkib:

“Burada ən önəmli məqam “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunmaması, Minsk Qrupuna istinad edilməməsi, eyni zamanda müzakirə olunan məsələlərin hamısının 44 günlük Vətən müharibəsindən sonrakı dövrə aid olmasıdır. Digər tərəfdən görüşün nəticəsi kimi həm Azərbaycana, həm də Ermənistana UNESKO-nun missiyalarının göndərilməsi də vacibdir. Bu o deməkdir ki, Azərbaycanda erməni mədəniyyətinə, Ermənistanda isə xalqımızın mədəni irsinə aid tarixi abidələr və s. araşdırılacaq. UNESKO nümayəndə heyəti Qarabağa Azərbaycan ərazisindən keçməklə gedəcək. Fikrimcə, ortaya çıxan nəticələri və dünən keçirilən görüşü Azərbaycanın qazandığı zəfərlə bölgədə yaratdığı geosiyasi reallıq çərçivəsində dəyərləndirmək lazımdır”.

Tarix
2022.02.05 / 16:37
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla