Yuxarı

Brüssel görüşü öncəsi İrəvan və Bakıda kimlər “aktivləşir”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə, 6 aprel tarixində Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir, məncə, çox vacib, əhəmiyyətli hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşü haqda qeyd edib.

O bildirib ki, konkret sənədlərin imzalanmasını gözləmək çətindir, amma sülh danışıqlarının daimi olması üçün masanın qurulması qərarı mümkündür:

“Yəni, hər iki ölkənin rəsmi şəxsləri Azərbaycanın təqdim etdiyi və Ermənistanın da inkar etmədiyi 5 təməl prinsip ətrafında geniş sülh müqaviləsinin bağlanması üçün daimi fəaliyyətdə olan işçi qrupu təsis edilə bilər. Bu qrup Avropa şəhərlərinin birində, ya da, çox güman, Tiflisdə fəaliyyətə başlaya bilər. Belə bir qərarın olması bölgəmizdə sülhün təsisinin sürətlənməsi üçün vacib bir addım olardı.

Görünən odur ki, Ermənistan özlərinin “Qarabağ problemi” adlandırdıqları məsələdən tamamən çəkilmək, danışıqları ancaq dövlətlərarası müqavilələrin bağlanmasına fokuslamaq istəyir ki, bu, bizə də sərfəlidir. Rusiyaya qarşı kəskin sanksiyaların uzunmüddətli olması artıq şübhə doğurmur, iqtisadiyyatının 70%-nin Rusiyadan asılı olması Ermənistan üçün əlavə çağırışlar, problemlər yaradır. Ermənistanın Qərbə doğru inteqrasiya istəkləri də aydın görünür, amma bu yol Azərbaycan və Türkiyədən keçir ki, bunu da Paşinyan və komandası aydın dərk edirlər, addımlarını strateji olaraq bu yöndə atmağa çalışırlar”.

Ekspertin fikrincə, iki ölkə arasında Moskvanın iştirakı və moderatorluğu olmadan istənilən görüş və təmaslar Rusiyanın xoşuna gəlmir, buna görə də Kremlin Ermənistandakı dayaqları aprel ayının 5-də, həftənin ikinci günü İrəvanda mitinq təyin edib:

“Mitinq üçün həmişə həftə sonu seçilirdi, indi bilərəkdən həftəiçi gün seçilib, mitinq görüşdən bir gün əvvələ salınıb.

Açığı məmləkətdə də bənzər provokasiyalar ola bilər. Bəzi siyasi qüvvələrin də ya heç bir ehtiyac olmadan “aksiya” təyin etməyə girişməkləri də, ən azından, suallar yaradır. Azərbaycan cəmiyyətində Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı sıfıra yaxındır – toplum Ukraynanı dəstəkləyir. Yaxşı, bu mövzuda el birliyi, cəmiyyət bötövlüyü varsa, nədən kimlərsə bundan təşvişə düşdülər?! Nə səbəbə orqanik aksiyalar baş tutmuşkən süni gündəm yaratmağa girişdilər?! Nədən bəziləri özlərini “mitinq monopolisti” sayırlar, orqanik aksilara qarşı qısqanc yanaşırlar?!

Bu sullar legitimdir, düşündürücüdür, Brüssel öncəsi ruspərəstlərin provokasiyalarına qarşı diqqətli olmalıyıq...”

Tarix
2022.04.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla