Yuxarı

Fərrux işğaldan nə vaxt azad edilib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərrux işğaldan nə vaxt azad edilib? - Video

Həmkarlarımızın Fərrux kəndi ətrafında hazırladığı materiallarda bəzən yanlış təqdimat formasının şahidi oluruq. Yazırlar ki, Fərrux işğaldan azad edildi.

Yox, ay dostlar! Fərrux işğaldan indi azad edilməyib! Fərrux - Qarabağ daxil olmaqla, bütün ərazilərimiz, o cümlədən Xankəndi, Xocalı və başqa yaşayış məntəqələrimiz işğaldan azad ediləndən bizdədir. İndi baş verənlər isə bizim həmin ərazilərə qayıdışımızdır. Aktiv döyüşlərdə azad etdiyimiz rayonlar var, bir güllə atmadan qayıtdığımız yaşayış məntəqələrimiz var, indi isə biz mövqelərin dəqiqləşdirilməsi ilə yerimizi tuturuq. O boyda Qarabağı, ətraf rayonlarımızı işğaldan azad edəndən sonra durub-durub - qara niyyətlə “Fərrux kəndi işğaldan azad edildi” kimi kənardan ilk baxışda gülməli, amma məncə, əldə etdiyimiz qələbənin mütləqliyini, bütünlüyünü şübhə altına alan qəsdən başlıqlar, tərzlər seçməyək.

Başa düşürəm, kompleksimiz var. Qələbəmizi qələbə, Ali Baş Komandanı Zelenskini mədh etdiyimiz kimi mədh etməyə bəzən kimlərdəsə mərdlik, cəsarət çatmır. Qaragüruh yaltaqları öz aləmindədir - başının tükü qaşından başlayan gödək alınlarla birlikdə. Və biz artıq 4 ildən artıqdır ki, Real Təhlil İnformasiya Mərkəzi vasitəsilə belə yalan və qarayaxma maşınları ilə mübarizə aparırıq.

Tarix
2022.04.03 / 23:12
Müəllif
Mir Şahin
Digər xəbərlər

14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla