Yuxarı

O, İlham Əliyevə sui-qəsd hazırlayanlarla əlaqəli çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, İlham Əliyevə sui-qəsd hazırlayanlarla əlaqəli çıxdı

Kiyevin "Borispol" aeroportunda tutulan Valeh Əmirəliyevin Azərbaycan prezidentinə sui-qəsd hazırlayan mütəşəkkil dəstə ilə əlaqələri üzə çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, Qusar sakini, 1986-cı il təvəllüdlü Valeh Cavanşir oğlu Əmirəliyev "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Vüqar Padarovla yaxın olub.

APA məlumat yayıb ki, V. Əmirəliyev V. Padarov və Samir Sanıyevin rəhbərlik etdiyi dəstənin bəzi üzvləri ilə birgə Rusiyada da bır sıra ağır cinayət törədib.

V. Əmirəliyev 2011-ci il noyabrında isə mütəşəkkil dəstənin üzvləri İlham Gülməmmədov, Faiq Süleymanov və Zaur Seyidovla birgə Zaqatala şəhərinə gələrək Vüqar Padarovla görüşüb, Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları terrorla bağlı müzakirələr aparıb.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkədə terror aktları hazırlayan həmin dəstənin bir çox üzvü həbs edilib. Dəstənin başçısı Vüqar Padarov isə əməliyyat zamanı öldürülüb.

Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan V. Əmirəliyevi bu il sentyabrın 19-da Kiyevin "Borispol" aeroportunda saxlayıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb. O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Xatırladaq ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, "Baku Crystal Hall"da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

Tarix
2015.09.21 / 15:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla