Yuxarı

Ceyhun Bayramov Fayezlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Fayezlə görüşdü - Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl əl-Fayez ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Senatın sədrini səmimiyyətlə salamlayıb və onun Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransında şəxsən iştirakının həm tədbirin işinə, həm də ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. Nazir, Azərbaycanın İordaniya ilə ikitərəfli və çoxtərəfli platformalarda, o cümlədən İƏT və QH çərçivəsində əməkdaşlığını məmnunluqla vurğulayıb.

Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu münasibətlə tədbirlərin təşkilinin əhəmiyyəti səsləndirilib.

Senatın sədri Feysəl əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın QH sədrliyi çərçivəsində fəal rolunu, irəli sürülən təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Sədr, hazırda dünyada cərəyan edən bir sıra narahatlıq doğuran hadisələr fonunda Qoşulmama Hərəkatının dünya müstəvisində rolunun artırılmasına ehtiyacın olduğunu vurğulayıb.

Görüşdə, həmçinin regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2022.07.01 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla