Yuxarı

Tehran Bakıdakı səfiri hansı “təlimat” üçün çağırıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran Bakıdakı səfiri hansı “təlimat” üçün çağırıb?

İran səfirinin İsrail səfiri ilə son polemikası o qədər də uğurlu olmadı. Bunu İran da anladı. Yəqin ki, onu Tehrana çağırmaqla belə polemikalardan qaçmağı tapşıracaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında professor Qabil Hüseynli İranın Azərbaycandakı səfiri Abbas MusəvininTehrana çağırılması və ölkəsinin XİN rəhbəri Abdullahianla İran-Azərbaycan əlaqələrini müzakirə etməsi haqda informasiyanı şərh edərkən deyib.

Politoloqun ehtimalına görə, səfirə verilən göstərişlər arasında İranın Azərbaycandakı “5-ci kolon”u ilə daha fəal işləmək məsələsi əsas ola bilər:

“Son vaxtlar həm Rusiya, həm də İranın “5-ci kolon”unun xeyli fəallaşması müşahidə olunur. İran hətta Rusiyadakı azərbaycanlı mühacir işçilər arasından müəyyən adamları işə götürərək İrana aparmaqla məşğuldur. Eyni prosesi Azərbaycanın daxilində də keçirməyə çalışırlar”.

Politoloq bildirib ki, İran sözün həqiqi mənasında avantüranı sevən bir ölkə olduğundan Azərbaycanla bağlı gizli planlar qurması istisna deyil:

“İranla bağlı məsələlərdə yas mərasimi olan yerlərdə din xadimlərinin moizələrinə, eləcə də insanlara xitabən çatdırdıqları müəyyən fikirlərə diqqət etmək çox vacibdir. Bu, əlbəttə vicdanlı din xadimlərinin xətrinə dəyməməlidir və onlar üçün hər hansı bir kölgəli cəhətlərin olmadığını qəbul etməlidirlər. Cənub və şimal qonşularımızın ölkəmizə qarşı təxribatlarının gücləndirilməsi və bu təxribatlarda əvvəllər vəzifədə olmuş və ya sonradan istefaya göndərilmiş insanlardan, eləcə də dini kəsimdən səylə istifadə etməyə çalışdıqlarını görməmək mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı da bu məsələdə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir”.

Tarix
2022.07.26 / 09:13
Müəllif
Mehriban Xəlilli
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla