Yuxarı

İlham Əliyev Sankt-Peterburq qubernatoru ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Sankt-Peterburq qubernatoru ilə görüşdü

Sankt-Peterburq qubernatoru Georqi Poltavçenko Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüş prezidentin Zağulbadakı iqamətgahında baş tutub.

Görüş zamanı İ.Əliyev bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çərçivəsində Sank-Peterburqla Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq mövcuddur:

"Belə müsbət fonda biz regional əməkdaşlığı gücləndirməliyik. Ümid edirik ki, Sankt-Peterburqla potensialı inkişaf etdirəcəyik".

G. Poltavçenko isə Bakının çox dəyişdiyini bildirib: "Bütün ölkə birinci Avropa Oyunlarını izlədi və hər şeyin şəhərdə sevgi ilə hazırlandığını göstərir. Azərbaycan və Sankt-Peterburq arasında ənənəvi olaraq mehriban münasibətlər olub. Biz gəmiqayırma sahəsində əməkdaşlıqda maraqlıyıq, çünki Sankt-Peterburq dəniz şəhəridir".

Sankt-Peterburq nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Heydər Əliyev, Müslüm Maqomayev, Habil Əliyev və digər məşhur elm, incəsənət, siyasi və ictimai fəalların məzarlarını ziyarət ediblər. Qonaqlar həmçinin Rixard Zorqe adına parkda Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstləri qoyublar.

Səfər çərçivəsində Sankt-Peterburq qubernatoru Q. Poltavçenko Leninqrad blokadasının sağ qalan şahidləri ilə görüşəcək. Əvvəl onların sayı 50 nəfər idi, indi isə 9 nəfərdir. Onlar Rusiya səfirliyi, Müharibə veteranları şurası və Azərbaycan Silahlı Qüvvələri tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edirlər.

Tarix
2015.10.01 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla