Yuxarı

İranın Bakını “hədələməsi”nin 3 səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ilə müharibənin başlamasının ildönümündə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri Xomeyninin türbəsi yaxınlığındakı çıxışı zamanı Azərbaycan və Ermənistanı dialoqa çağırıb, sərhədlərin dəyişdirilməsinə dözməyəcəklərini bildirib. Üzdən baxıldığında deyilən sözlərin yalnız sərhədlərlə bağlı olduğu görünsə də, əsl məqsəd belə deyil.

Bu sözləri Axar.az-a açıqlaması zamanı İran üzrə ekspert Kərim Əsgəri deyib. Mütəxəssis Tehranın heç vaxt Bakının dost münasibətlərinə adekvat cavab vermədiyini vurğulayıb:

“Əfsuslar olsun ki, 1991-ci ildən sonra İran heç vaxt Azərbaycanın öz müstəqilliyini bərpa etməsini, güclənməsini qəbul etməyib. Hətta müharibə dövründə dolayı yolla Ermənistanın yanında olub və işğal yolu ilə Azərbaycanın sərhədlərinin dəyişdirilməsi cəhdinə 30 il boyunca etirazını bildirməyib. Ancaq Vətən müharibəsində Azərbaycanın işğal altında qalan ərazilərinin böyük bir qismini, xüsusilə İranla sərhəd əraziləri azad etməsi İranı narahat etdi. Çünki Tehran Qarabağın işğaldan qurtarılması, Azərbaycanın probleminin həllini istəməyib. Azərbaycanın qələbəsi İranı öz siyasətinə yenidən baxmağa məcbur etdi. Prezident və Ali Baş Komandan cənab İlham Əliyev də işğaldan azad olunan İran sərhədindəki rayonlara səfəri zamanı iki ölkə sərhədini “dostluq sərhədi” adlandırıb. Lakin Tehranın ölkə başçısının bu çağırışına, verdiyi mesaja cavabı adekvat olmayıb. Hətta müharibə dövründə və sonra İran sərhədə öz ordu bölmələrini göndərdi, təlimlər keçirdi, Azərbaycanı hədələdi və s. Bəli, torpaqlar işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistana təzyiq üçün sərhəddə təlim keçirməyən İran “müsəlman qardaşım” dediyi Azərbaycana qarşı “əzələ nümayişi” etməyə çalışıb. Hələ biz İranın maşınlarının rəsmi Bakının icazəsi və razılığı olmadan Qarabağdakı separatçılara yükdaşımaları gerçəkləşdirdiyini unutmamışıq. Elə bunun özü birinci növbədə İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizlik idi. Ən son 12-14 sentyabr tarixlərindəki təxribat zamanı da İran sərhədə öz ordu birləşmələrini göndərib. İndi isə İsraillə əlaqələri və s. məsələləri bəhanə edən İran rəsmiləri yenə Azərbaycanı təhdid edirlər. Ümumiyyətlə isə qeyd etmək istəyirəm ki, İranın narahatlığının üç əsas səbəbi var. Bunlar Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpa olunması, Türkiyənin sözügedən dəhliz vasitəsilə türk dünyası ilə quru əlaqəsinin yaranması və orada yaşayan soydaşlarımızdır”.

Ekspert qeyd edib ki, Bakı bölgədə sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edir:

“Müharibədən sonra Türkiyə və Azərbaycan bölgə ölkələrinin daxil olacağı “3+3” əməkdaşlıq platforması təklifini irəli sürdü. Buraya İran da daxildir. Digər tərəfdən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün İlham Əliyevin tapşırığı ilə son dövrdə dəfələrlə İrana səfər edib. Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyi hər şeyi öz gözləri ilə görmələri üçün avqust ayında İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərini təşkil edib. İndi dünya yeni geosiyasi vəziyyətin formalaşdığı bir dövrdən keçir. Hazırda dünyanın təhlükəsizlik arxitekturası yenidən inşa edilir. Bütün dövlətlər də yaxın gələcəkdəki qlobal sistemdə özlərinə güclü mövqe tutmaq istəyirlər. İran isə bəhs etdiyimiz məqsədə çatmaq üçün Azərbaycanı hədələmək yolunu tutub. Lakin Tehran unutmamalıdır ki, səhv yoldadır. Düzgün yol Bakını hədələmək yox, bərabərhüquqlu əməkdaşlıq və yeni reallığa uyğun davranmaqdır”.

Tarix
2022.09.25 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla