Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Mixail Qorbaçovun 20 Yanvar qırğını haqda yazısı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır"

"1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır".

"Axar.az" "Modern.az"aistinadən xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün "Həyat və islahatlar" kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.

"Əsas günah Qarabağdadı"

Mixail Qorbaçov kitabında 20 Yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O, bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

"90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbacanlı müharibəsidir".

Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini "fövqəladə şəraitin" məcbur etdiyini yazıb:

"1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı".

"Azərbaycan hakimiyyət parçalanmışdı"

Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, "13 yanvarda Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər".

SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib.

"Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb".

M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.

"20 yanvar mənə dərs oldu"

Qorbaçov 20 Yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib:

"Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır".

Tarix
2014.01.19 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

Ordumuz bu ərazini də işğaldan azad etdi - Video

Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - Siyahı

Bakı ilə Tehran arasında memorandum imzalandı

Orduda növbəti komanda-qərargah təlimi keçirilir - Foto

BMT: Bakı bu iztirab və çətinlikləri yaxşı anlayır

Türkiyənin 100 hərbçisi Bakıda - Foto

DİM sədri Şəkiyə gedir - Qəbul

Onların pensiyaları yenidən hesablanmaqla ödəniləcək

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla