Yuxarı

MKİ və Mİ6 Ermənistanı ələ keçirir – Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ və Mİ6 Ermənistanı ələ keçirir – Korotçenko

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Londonda Böyük Britaniyanın Mİ6 xarici kəşfiyyatının rəhbəri Riçard Mur ilə “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini” müzakirə etməsinə rusiyalı hərbi ekspert İqor Korotçenko reaksiya verib.

Axar.az xəbər verir ki, o, danışıqlar zamanı, xüsusən, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin və onun şəxsi heyətinin formalaşmasında, habelə tərəfdaş əməkdaşlıq kanalının yaradılmasında lazımi yardımın göstərilməsində Mİ6-nın iştirakı məsələsinin müzakirə olunduğuna toxunub.

“Hazırda Ermənistanda ayrıca kəşfiyyat xidməti yoxdur (Xarici Kəşfiyyat Xidməti yeni yaradılır – red.). Ermənistanın milli təhlükəsizlik orqanları haqqında qanun və mövcud qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində kəşfiyyat funksiyalarını Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müvafiq struktur bölməsi həyata keçirir.

Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi sistemində hərbi və hərbi-siyasi sahədə müvafiq vəzifələri həll edən Ermənistan Baş Qərargahının Kəşfiyyat İdarəsi fəaliyyət göstərir”, - Korotçenko bildirib.

Rus ekspert Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2018-ci ilə qədər Soros Fondunun strukturlarında iştirakda ittiham olunan və Paşinyan komandası ilə Qərb kəşfiyyat xidmətləri arasında “əlaqələndirici” kimi çıxış edən beynəlxalq “Transparency International” təşkilatının Ermənistan bölməsinin seçki proqramlarının rəhbəri olduğunu xatırladıb:

“Maraqlıdır ki, Armen Qriqoryan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə şəxsi əlaqə saxlayır və Ermənistanın bütün güc strukturunda genişmiqyaslı islahatlar planları fonunda yüksək rütbəli amerikalı emissarların İrəvana səfərləri daha tez-tez baş verir: ordu, hüquq-mühafizə sistemi, dövlət təhlükəsizlik orqanları...”

Tarix
2022.12.14 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla