Yuxarı

Rus jurnalistlər Bakıda erməni lobbisini ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus jurnalistlər Bakıda erməni lobbisini ifşa etdi

Hazırda Rusiyanın bir çox tanınmış KİV nümayəndələri ilə Bakıda fikir mübadiləsi aparılır. Rusiyada erməni lobbisinin yaydığı qərəzli məlumatlardan sonra Bakıda fikirləri 180 dərəcə dəyişən Rossiya, NTV, ORT telekanallarının jurnalistləri ilə çox maraqlı söhbətlərimiz oldu.

Bu barədə Axar.az-a Rusiyanın tanınmış KİV nümayəndələri ilə aparılan görüşlərdə yaxından iştirak edən politoloq İlqar Vəlizadə danışıb. Politoloq aparılan danışıqların çox məhsuldar keçdiyini deyib:

"Hazırda Rusiyanın tanınmış KİV nümayəndələri Bakıdadır. Rusiya və Azərbaycan arasında münasibətlər kontekstində davam edən fikir mübadilələri çox maraqlı keçir. Görünür, Azərbaycana maraq olduqca böyükdür. Xüsusilə də son proseslər, Rusiyanın Azərbaycana olan diqqəti oradakı auditoriyanın bu marağını daha da artırıb. Rusiya cəmiyyətində Azərbaycanla bağlı çoxlu şayiə və doğru olmayan məlumatların erməni lobbisinə işlədiyinə toxunan KİV nümayəndələri Bakıya gəldikdən sonra fikirlərinin 180 dərəcə dəyişdiyini bildiriblər. Bu, Azərbaycan üçün çox yaxşı bir haldır. Çünki Rusiyada erməni lobbisinə işləyən ermənipərəst ekspertlər Azərbaycanı nüfuzdan salmaqdan ötrü hazırda dəridən-qabıqdan çıxırlar. Səbəb isə Rusiyanın Azərbaycana artan diqqətidir. Bu fonda erməni diasporu ölkələrinin Rusiyanın gözündə heçə enməsindən olduqca narahatdır. Rus jurnalistlər Bakıda rus dilinin yüksək səviyyədə inkişafından təəccübləndiklərini dilə gətirərək Ermənistan və Gürcüstanın bu məsələdə Azərbaycandan geridə qaldığını bildiriblər. Bu istiqamətdə fikir mübadiləsi və görüşlərimiz davam etdiriləcək".

Tarix
2015.10.29 / 23:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla