Yuxarı

Rus KİV: “YAP seçkinin favoritidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus KİV: “YAP seçkinin favoritidir”

Rusiyanın Birinci kanalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən bəhs edən reportaj hazırlayıb.

Secki-2015.az saytı xəbər verir ki, reportajda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə bir mandat uğrunda orta hesabla altı namizədin mübarizə aparacağı bildirilir. Hələ ki, namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Reportajda, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı haqda məlumat verilir. Vurğulanır ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır.

Kanal Mərkəzi Seçki Komissiyasıın sədri Məzahir Pənahovun fikirlərinə də yer verib.

M.Pənahov qeyd edir ki, Milli Məclisə beşinci seçkilərdə iştirak üçün iki minə qədər namizəd sənədlərini MSK-ya təqdim edib. Lakin çoxları qalib gəlmək şanslarının az olduğunu anlayaraq, namizədliklərini geri götürüblər. İndi seçki bülletenində 767 namizədin adı var. Beləliklə, hər bir dairəyə 6-dan çox namizəd düşür. Ümumilikdə bunun özü ciddi rəqabətdir. Seçkidə 22 siyasi təşkilat mübarizə aparacaq. Onlardan yeddisi bir koalisiyada birləşir. Lakin ekspertlər indidən proqnozlaşdırırlar ki, seçkinin real favoriti Yeni Azərbaycan Partiyasıdır.

"Biz ən azı əvvəlki parlament seçkilərindəki nəticələri təkrarlamaq istəyirik. Ötən dəfə partiyamız 71 mandat qazandı, bu yerlərin 60 faizindən çoxu deməkdir", - deyə telekanal Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun fikirlərinə də yer verib.

Reporatjda qeyd olunur ki, seçkiləri 500-ə qədər beynəlxalq müşahidəçi izləyəcək. Ənənəvi olaraq parlament seçkiləri həmişə əhalidə böyük marağa səbəb olur. Mərkəzi Seçki Komissiyası seçkidə 50 faizindən çox seçicinin iştirak edəcəyini proqnozlaşdırır.

Tarix
2015.10.30 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla