Yuxarı

Korotçenko: Kreml dərhal Paşinyanı yerinə oturtdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Bildiyiniz kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisinin hələ də separatçıların nəzarətində olan hissəsində qeyri-qanuni qızıl hasilatı faktlarına diqqət çəkmək istəyən azərbaycanlı ekoloqların və ictimai təşkilatların nümayəndələrinin dinc aksiyası keçirilir. Ermənilər tərəfindən Azərbaycanın yeraltı sərvətlərinin qeyri-qanuni mənimsənilməsi ilə yanaşı, bu proses ciddi ekoloji ziyan və irimiqyaslı ekoloji pozuntularla da müşayiət olunur.

Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, əslində, geniş ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə çalışan azərbaycanlı ekoloqların aksiyasının kökündə məhz erməni şirkətlərinin xüsusi yırtıcılıqla istismar etdiyi mədənlərin monitorinqi tələbləri dayanır:

“Eyni zamanda, Laçın dəhlizi humanitar yüklərin, təcili yardım maşınlarının, eləcə də Rusiya sülhməramlılarının nəqliyyatının hərəkəti üçün açıq qalır. Söhbət yalnız qızıl və digər qiymətli metalların qeyri-qanuni xaricə çıxarılmasının qarşısını almaq üçün digər yükdaşımalara nəzarətdən gedir.

Aksiyanın dinc xarakter daşımasına diqqət yetirilməlidir. Bu, heç bir “humanitar böhrana” gətirib çıxarmadı, çıxara da bilməz – qeyd etdiyimiz kimi, humanitar yüklər Laçın dəhlizi ilə problemsiz daşınır. Amma Azərbaycan ərazisindən faydalı qazıntıların ixracı, daha əvvəllər olduğu kimi, mümkünsüz görünür.

Baş verənlərə İrəvanın və Qarabağdakı separatçıların hədsiz əsəbi reaksiyası başa düşüləndir və izahı var: qeyri-qanuni qızıl hasilatından əldə olunan gəlirlər on milyonlarla dollar təşkil edir və bu transmilli mütəşəkkil cinayətkar dəstənin bütün üzvləri hər gün külli miqdarda pul itirirlər. Buna görə də “qızıl mafiya” dünyadakı yüzlərlə lobbisti və media resursunu “tam blokada” təbliğatı ilə hay-küy salmaq üçün “doldurub”. Hətta səhnələşdirilmiş təbliğat tamaşalarında uşaqlardan da istifadə olunur.

Effekti artırmaq üçün erməni tərəfi hətta dünən “iri çaplı artilleriya”dan da istifadə edib: Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan Rusiya sülhməramlılarını tənqid edərək bildirib ki, guya onlar Laçın dəhlizi boyu öz öhdəliklərini yerinə yetirmirlər. Düzdür, o, dərhal cavabını aldı: əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova, sonra isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanı dərhal yerinə oturtdu.

Heç kimə sirr deyil ki, Ermənistanın rəsmi hakimiyyəti həm Üçtərəfli Bəyanat, həm də ən yüksək səviyyədə bütün sonrakı razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır - buna görə də Paşinyan Rusiyaya mühazirə oxuya bilməz. Və ən əsası: Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağı, Moskva və Bakını üz-üzə qoymağı kimsə bacarmaz.

Prezidentlər Vladimir Putin və İlham Əliyevin uzun illər uğurlu qarşılıqlı fəaliyyəti var, onların arasında etimad, tərəfdaşlıq və bir-birinə həqiqi hörmət münasibətləri mövcuddur. Bu isə o deməkdir ki, istənilən vəziyyətdə Rusiya və Azərbaycan xalqlarımızın daha yaxşı gələcəyi naminə uğurla irəliləmək üçün ortaq məxrəc və birgə həll yolları tapacaqlar”.

Tarix
2022.12.23 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran generallarının tam məxfi toplantısı – Gizli sənəd yayıldı

BQXK-nın səkkiz avtomobili Laçına maneəsiz keçdi

Xankəndi-Laçın yolundakı akiyanın 103-cü günü...

Ermənistanın sülh təklifində nələr var? - Detallar

İran Azərbaycanla sərhəddə məkrli plan hazırlayır

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

Son sutkada ölkədə neçə nəfər koronaya yoluxub?

Paşinyan xalqına elan etdi: Yeni eskalasiya…

Yeni müharibə olsa, İrəvan tab gətirəcək? – VOMA da qorxur

İcma: Azərbaycanlıların evlərinə qayıtmaları...

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla