Yuxarı

İrandan ən böyük müttəfiqi də imtina edir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir.

- Çin-İran münasibətlərində nə baş verir?

- Beynəlxalq siyasi sistemin dəyişməsi və inteqrasiya prosesi Çini yeni addımlar atmağa vadar edir. Çin Yaxın Şərqdə İranla kifayətlənmək niyyətində deyil. Çinin artan iqtisadi imkanları onu Yaxın Şərqin digər ölkələri ilə də ticarət əlaqələrini gücləndirməyə yönəldir. Eyni zamanda, son dövrlər enerjiyə olan tələbatının artması Çini ərəb ölkələri ilə yaxınlaşdıran səbəblərdəndir.

Əlbəttə, Çinlə İran arasında anlaşmalar imzalanıb. Hətta ötən ilin aprelində 25 illik müqavilə bağlandı. Ümumiyyətlə isə Çinin İrana qoyduğu yatırımlar bir trilyon dollara yaxındır. Demək olar ki, İranın enerji sektorunun əsas investoru məhz Çindir.

Çin yaxşı başa düşür ki, təkcə iqtisadi imkanlarla kifayətlənmək olmaz. Amerikanın Yaxın Şərqdə, xüsusilə ərəb ölkələrində güclü nüfuzu var və bu, əslində, Çini bu bölgələrdən sıxışdırmağa xidmət edən amillərdəndir. Bu baxımdan hesab edirəm ki, Çin həm də bu amili nəzərə alır və ərəb ölkələri ilə siyasi-iqtisadi əlaqələri gücləndirməklə Yaxın Şərqdə öz dayaqlarını möhkəmləndirməyə çalışır.

İran isə bu gedişatı qəbul etmək istəmir. İran uzun illərdir Səudiyyə Ərəbistanına düşmən münasibət bəsləyir. Bu baxımdan, həm Səudiyyə Ərəbistanı, həm də digər ərəb ölkələri ilə Çinin münasibətlərinin inkişaf etməsi İranın əsas qorxularından birinə çevrilib. Bu, məsələnin birinci tərəfidir.

O biri tərəfdən, İranın içində baş verən proseslər, gərginlik, Qərblə münasibətlərin kəskinləşməsi, Qərbin İrana artan sanksiyaları Çini İrandan uzaqlaşdırır. Eyni zamanda, İran-Rusiya münasibətlərinin yaxınlaşması, İranın Rusiyaya silah satışı və b. məsələlər də Çini narahat edən amillərdəndir.

Əfqanıstan məsələsi də gündəmdədir. Əfqanıstanda baş verən proseslər, bura İranın təsiri Çini qəti razı salmır.

- İran Çinlə ictimaiyyətə tam açıqlanmayan 25 illik anlaşma imzalayıb. İranın Çinə böyük güzəştlər etdiyi ehtimalları güclüdür. Belədirsə, Çin İrandan niyə vaz keçir?

- 25 illik anlaşma Çinin İranda çoxlu investisiya imkanlarının olmasından xəbər verir. Çin elə bil sistem formalaşdırıb, İran istəsə də, istəməsə də, Çindən imtina edə bilməz. İran iqtisadiyyatının böyük hissəsinə Çin yatırımlar edib və İran bunu geri qaytaracaq gücdə deyil. Belə olan halda Çin həm İranı əlində saxlayır, həm də ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırır. İran buna etiraz etsə də, Çin bu prosesi davam etdirəcək. İndi artıq İranın enerji sektoru Çinin əlindədir, hətta yeni neft yataqlarının qazılması belə.

Başqa bir məsələ Hindistan və İran arasında əlaqələrin son dövrlərdə inkişaf etməsidir. Belə ki, hətta Hindistan Fars körfəzindən keçməklə, Ermənistan, Gürcüstan və Qara dənizə nəqliyyat marşrutu çəkməli idi. Amma bu, siyasi qərar idi, iqtisadi baxımdan səmərəli sayılmırdı və bu planın baş tutması mümkünsüz görünür.

İranın Hindistanla yaxınlaşması da Çinin maraqlarına ziddir. Bu baxımdan Çin İranı cəzalandırmaq üçün müəyyən addımlar atır.

- Çin-Ərəb regionu münasibətlərinin yaxınlaşması İran üçün nələr vəd edir?

- Çinin ərəb ölkələri ilə əlaqələrini gücləndirməsi yaxın gələcəkdə ABŞ-ın regiondan sıxışdırılmasına hədəflənib. Ancaq bu məsələdə Çin ilə İran arasında da gərginlik qaçılmazdır. Çünki Çin ərəb ölkələrinə silah-sursat satışını da həyata keçirir. Hələlik dörd milyard dollarlıq silah satışı nəzərdə tutulur. Bununla yanaşı, Səudiyyə Ərəbistanında 500 milyard dollar həcmində yeni şəhər layihəsinin (Neon) həyata keçirilməsində Çin şirkətlərinin iştirakı gözlənilir. Bu isə Çinlə ərəb regionu arasında yaxınlaşmanın davam edəcəyi deməkdir. İranı buna qarşı ciddi heç bir addım atmaq iqtidarında deyil.

- Rusiyanın Şərq bazarına üz tutması Çin-İran münasibətlərində necə rol oynayır?

- Qərbin Rusiyaya sanksiyaları, əlbəttə, onu Şərqə doğru yönəldir. Rusiyanın Şərqə yönəlməsi Çin üçün əlverişli imkandır. Çin bu fürsətdən istifadə edib Rusiyanı əlində saxlamağa çalışır. Ancaq bir məsələ də var ki, son dövrlər İran-Rusiya arasında münasibətlər güclənməkdədir. Bu hal Çinin maraqlarına ziddir.

Çin Şərqdə Rusiya ilə həm də rəqabət aparır. Çünki Rusiya məhsullarını təkcə Çinə satmır, həm də digər Şərq ölkələri ilə ticarət əlaqələri var. Belə olan halda Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi məsələsi gündəmdədir. Rusiya bunu İran üzərindən etməyə çalışır. Əlbəttə, bu da Çinin maraqlarına ziddir. Bu səbəbdən İranı sıxışdırır.

Tarix
2022.12.29 / 08:45
Müəllif
Məhsəti Quluzadə
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla