Yuxarı

Cəmil Quliyevin yerinə yeni baş direktor təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmil Quliyevin yerinə yeni baş direktor təyin edildi

"Mədəniyyət" kanalına yeni baş direktor təyin olunub.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, "Mədəniyyət" kanalına Azərbaycanın əməkdar artisti Ramil Qasımov rəhbərlik edəcək.

X. Qasım qeyd edib ki, təyinat bu gün baş tutub.

Qeyd edək ki, "Mədəniyyət" kanalının keçmiş baş direktoru Cəmil Quliyev 2013-cü ilin əvvəllərində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçilib. Həmin dövrdən "Mədəniyyət" kanalının baş direktoru postu boş qalıb.

Xatırladaq ki, R. Qasımov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru olub.

Tarix
2015.11.05 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla