Yuxarı

“Rauf bəylə İsa Qəmbərin təsisçiliyindəki fərq...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rauf bəylə İsa Qəmbərin təsisçiliyindəki fərq...”

Bu gün "Yeni Müsavat" qəzeti 26 yaşını qeyd edir.

26 illik yolun çətinliklərini Axar.az-la qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan bölüşüb.

- 26 illik yol. Necə idi bu yolun çətinlikləri?

- "Yeni Müsavat" sovet hakimiyyəti dövründə Gəncədə yaradılıb, gizli nəşrlə sovet ideologiyasının əleyhinə çapa başlayan bir qəzetdir. O vaxtlar onun təkcə çapı deyil, həm yayımı gizli şəkildə həyata keçirilirdi.

Bu qəzet ilk vaxtlar kommunizm ideologiyasının əleyhine olan bir tribuna kimi işə başlayıb. 1989-91-ci illər ərzində gizli yollarla çap olunub. Azərbaycanda imkanlar tükənəndə, hətta Gürcüstandakı mətbələrdə çapını davam etdirib.

O zaman - 1989-cu ildə orta məktəbdə oxuyurdum. Hələ o vaxtlardan yadımdadır ki, qəzet Tovuzdakı mətbəədə çap edilirdi. Bəzən Azərbaycanda imkan olmurdu, bir neçə dəfə Gürcüstanda çap edilib, gizli yollarla ölkəyə gətirilmişdi.

Bu cür gizli çaplar Azərbaycan müstəqillik qazanana qədər davam etdi. Biz bunları inqilablarla bağlı filmlərdə görsək də, lakin canlı həyatımızda da yaşandı.

- Fəaliyyətinizə valideynləriniz nə deyirdi, gizlin tuturdunuzmu onlardan?

- Bəli. Bizim Tovuzdakı evimiz xüsusi qərargah idi. Orda təkcə qəzet, sovet əleyhinə kitablar yığılmırdı, Tovuz və ətraf rayonlar üçün nəzərdə tutulan silah-sursat da saxlanılırdı. O zaman bunu valideynlərimizdən gizlin edirdik. Çünki əl qumbaraları, odlu silahların ordan paylanılması asan iş deyildi. Bu haqda çox az hallarda danışmışıq.

- Bəs siz nə zaman qoşuldunuz bu proseslərə?

- Mən bütün bu proseslərə 1991-ci ildə, 2-ci kursda oxuyarkən qoşuldum. 19 yaşlı bir gənc idim, demək olar ki, həyatımın yeni dönəmi başlamışdı. O vaxt yaşanan hər bir çətinliyi incəliyinə qədər xatırlayıram.

- Ümumilikdə İsa Qəmbərin təsisçiliyi dönəmi ilə Rauf bəyin təsisçiliyi dönəminin fərqləndirmənizi istəyəcəm.

- Rauf Arifoğlunun təsisçiliyi dönəmi ilə İsa Qəmbərin dövründə hər hansı fərq hiss etmirəm. Yeganə fərq təsisçi bölməsində əvvəllər İsa Qəmbər, indi isə Rauf Arifoğlu yazılmasından ibarətdir.

- "Yeni Müsavat"ın gün-güzəranı necədi?

- "Yeni Müsavat" hazırda maddi sıxıntı dönəmini yaşayır. İndi çətinlikləri atlada-atlada irəliləyirik. Saytdan gələn gəlirlərlə bütün bu çətinlikləri dəf etməyə çalışırıq.

- Sonda oxucularınıza nə demək istəyərdiniz?

- Bizi oxumağa davam etsinlər!

Tarix
2015.11.07 / 12:54
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla