Yuxarı

İtaliyalı jurnalist Bakıdan nələr yazdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyalı jurnalist Bakıdan nələr yazdı?

Bu gün multikultural cəmiyyətlər artıq nağıl deyil, reallıqdır.

Axar.az-ın xəbərinə görə, bunu italiyalı jurnalist Ciuliano Bifolkini "Azərbaycan multikulturalizmi ölkənin əsas güc elementi kimi" sərlövhəli yazısında qeyd edib.

İtaliyanın "Opinion Publika" saytında dərc olunan məqalədə bu məfhumun Azərbaycan modelinə nəzər salınması tövsiyə olunub. Müəllifin sözlərinə görə, bu ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri, etnik azlıqlar harmoniya halında yaşayırlar.

C.Bifolki Bakıya səfəri çərçivəsində Beynəlxalq Multikulturalizm Mərkəzində olub və qurumun nümayəndələri ilə ölkəmizdə mövcud multikultural mühit, müvafiq sahənin hüquqi aspektləri, Azərbaycanda yaşayan müxtəlif xalqların mədəni, dini hüquqlarının qorunması istiqamətində tənzimlənmə mexanizmi kimi mövzular ətrafında söhbət aparıb.

Mərkəzin şöbə müdiri Nəriman Qaşımoğlu bildirib ki, Azərbaycanda tarixin bütün dövrlərində müxtəlif millətlər bir arada yaşayıb. Ölkəmiz bu çoxmillətlilik mühitindən heç vaxt narazı olmayıb, əksinə müxtəlif sivilizasiyaların qovuşduğu məkan rolunu oynayıb.

Tarix
2015.11.08 / 21:33
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla