Yuxarı

Baş Prokurorluq İsveçrə vətəndaşını İnterpola verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq İsveçrə vətəndaşını İnterpola verdi

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində İsveçrə Konfederasiyasının vətəndaşı, "Franck Muller Group" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından, 11 noyabr 2015-ci il tarixdə V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol"un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tarix
2015.11.11 / 18:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla