Yuxarı

Azad Rəhimov Çexiyaya getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad Rəhimov Çexiyaya getdi

Gənclər və İdman naziri Azad Rəhimovun Çexiyaya rəsmi səfəri başlayıb.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir sabahdan etibarən Çexiyanın Praqa şəhərində keçiriləcək Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında çıxış edəcək.

Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah iştirak edəcək.

Assambleyanın iclasları zamanı Rio de Janeyro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq. Həmçinin ölkəmizdə uğurla keçirilmiş I Avropa Oyunlarının yekunları ilə bağlı hesabat veriləcək. Assambleya 21 noyabr tarixinədək davam edəcək.

Tarix
2015.11.18 / 18:41
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla