Yuxarı

Əhməd Obalı çağırış etdi: Bu işlərdən əl çəkin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının 25-də Avropada yaşayan azərbaycanlılar Bürüsseldə keçiriləcək İrana qarşı etiraz aksiyasına bizi də dəvət ediblər. Həmişəki kimi bu etiraza dəstək veririk. Ancaq nədənsə aksiya bəzi təşkilatlarımız və şəxsiyyətlərimizdən gizli saxlanılıb ki, bu da yürüşə gələnlərin sayının az olmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalı deyib.

Obalı yürüşlə bağlı bir sıra irad və tövsiyələrini də bildirib:

“Bu etiraz aksiyasında iştirak edəcək bəzi soydaşlarımız, eşitdiyimizə görə, azərbaycançılıq xəttindən çıxıb, İran türklüyü adı altında hətta şüarı belə dəyişdirməyə çalışıblar, “Azadlıq, Ədalət, Milli hökumət” şüarının yerinə “Azadlıq, Ədalət” şüarını qoyublar. Halbuki hərəkatımızın əsas şüarı “Azadlıq, Ədalət, Milli Hökumət”dir, özəlliklə “Milli Hökumət” onun əsas hissəsidir. Bizim milli şüarımızın yerinə PKK rəhbərlərinin şüarını təkrar etməməli, əsas şüarımız olan milli hökumət, milli dövlətçilik ideyalarına davam etməliyik.

Eşitdiyimizə görə, bəzi soydaşlarımız da Güney Azərbaycan Azadlıq Hərəkatının simvolunu dövlət bayrağı yerinə millətə təhmil etmək istəyirlər. Biz keçmişdə də anlaşdığımız kimi, bu tipli ixtilaflı məsələlərin gündəliyə çıxarılmasının faydalı olmadığını bildiririk. İnanırıq ki, milli simgəmiz olmalıdır, ancaq dövlət bayrağını məclis seçər, millət ona səs verər”.

Əhməd Obalı dünyada yaşayan azərbaycanlıların bir dövləti olduğu kimi, bir bayrağının da olduğuna diqqət çəkərək, millətin bir bayraq altında birləşməsinin vacibliyini vurğulayıb:

“Biz bir millətik, bir dövlət olmalıyıq və bir bayrağımız var. O da Şimali Azərbaycanda dalğalanan bayraqdır. Buna görə də hələ tələsməyək”.

O, xüsusilə son aylar paniranist və mərkəzçi müxalifətin fəallaşdırılması, İranda yaşayan qeyri-fars millətlərin, xüsusilə azərbaycanlıların hərəkatlarını kölgə altına salma cəhdlərinə toxunaraq, bu cəhdlər qarşısında birmənalı mövqe nümayiş etdirməyən qurum və şəxslərə iradlarını dilə gətirib:

“2019-cu ildə bəzi soydaşlarımızın Nyu Yorkda Xalq Mücahidləri ilə görüşü haqqında danışanda bizi yalançılıqda ittiham edirdilər. Ancaq indi özləri video çəkib və qəbul ediblər ki, 2019-cu ildə Xalq Mücahidləri ilə görüşüblər. Ondan dərs almaq əvəzinə, təəssüf ki, indi yenə də bizim hərəkatımızı Xalq Mücahidlərinin bir hissəsi, onların yanındakı kimi göstərməyə çalışırlar. Bu da həm Güneydəki Azərbaycan hərəkatına, milli fəllarımıza təhlükədir, onların həyatını təhlükəyə atmaqdır, həm də hərəkatımızın bütövlüyünə kölgə salmaqdır. Bizim hərəkatımız müstəqildir. Biz İranın və ya irançılığın nə Xalq Mücahidləri ilə, nə şahçıları ilə, nə cümhuriyyətçiləri ilə, nə də başqa qolları ilə eyni xətdəyik. Biz onların əksinə fəaliyyət göstəririk, çünki onlar bizim hüquqlarımızı qəbul etmirlər. Bu baxımdan paniranizmə qarşı “Güney Azərbaycan İran deyil” şüarı və eyni zamanda irançılığa qarşı azərbaycançılıq yolunda davam etməliyik. Ümid edirəm ki, həmvətənlərimizin hamısı əl-ələ verib, bu etirazda ancaq azərbaycançılıq yolunda iştirak edəcəklər. Kim bizim hərəkatımızı azərbaycançılıq yolundan yayındırıb, bir növ irançılığa sövq verək istəyirsə, bu hərəkatın qarşısında durmuş sayılır. Bunun isə hərəkatımıza və ya onların özlərinə hər hansı bir xeyri yoxdur. Ümid edirəm ki, dostlarımız bu işlərdən əl çəkəcəklər”.

Tarix
2023.03.18 / 13:14
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağdakı qanunsuz erməni postu yandı - Video

Erməni hərbçi sərhəddə məhv edilib? - MN-dən açıqlama

İran Naxçıvan sərhədinə hərbi texnika yeridir - Fotofakt

Ermənilər səfirliyimizin qarşısında aksiya keçirdi - Video

Ordumuzun iki rus əsgəri “yaralaması...” – Ermənilər ifşa oldu

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

SEPAH-ın Bakıya yeni hədəsində sensasion detal – Video

Erməni əsgər Azərbaycan tərəfə keçib? - Rəsmi

Xankəndi-Laçın yolundakı aksiyanın 100-cü günü...

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla