Yuxarı

Mətbuat xidmətləri necə fəaliyyət göstərir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri olmuşam, bu səbəbdən də mətbuat xidmətlərinin işinin necə qurulmasının yaxşı və pis tərəflərini, çətinliklərini dəqiqliyi ilə bilirəm.

Bunu Axar.az-a dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti barədə danışan Strateq.az saytının baş redaktoru Elxan Şükürlü bildirib. Onun sözlərinə görə, mövcud dövlət qurumlarının hər hansı birində özlərinin tətbiq etdiyi iş üslubunu görmür:

"Mətbuat xidməti bir qurumun güzgüsü, sifətidir. Mətbuat xidməti təmsil etdiyi qurumu cəmiyyətdə qısa zaman ərzində hörmətə, şöhrətə də mindirər, onu rüsvay da edər. Kimsənin xətrinə dəysə də, deməliyəm ki, mən dövlət qurumlarının hər hansı birinin mətbuatla münasibətlərini düzgün qurduğu qənaətində deyiləm. Düzgün qursaydılar, cəmiyyətdə bu qədər problem olmazdı".

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Baş Prokurorluq, Gənclər və İdman Nazirliyinin mətubat xidmətlərinin normal çalışdığı qənaətindədir:

"Son bir ildəki göstəricilərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə Nazirliklərini də yaxsi isləyənlər sırasına aid etmək olar.

İnformasiya almaqda çətinlik çəkməmişik, amma Hərbi Prokurorluğun, MTN-nin mətbuat xidmətləri sıfır səviyyəsində isləyir".

"Ədalət" qəzetinin informasiya şöbəsinin müdiri Ədil Ədilzadə müntəzəm əlaqə saxladıqları bəzi mətbuat xidmətlərinin fəaliyyətini yüksək dəyərləndirir:

"DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ARDNŞ, Milli Məclisin mətbuat xidmətinin rəhbərlərini nümunə göstərə bilərəm. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun fəaliyyəti də qənaətbəxşdir".

Azxeber.com xəbər portalının baş direktoru Əfsələddin Ağalarov isə bəzi mətbuat xidməti rəhbərlərini məmurlaşmaqda qınayır:

"Bura redaksiyalarda geyindiyi yerli kostyumu nazirliyin mətbuat katibi təyin olunduqdan sonra italyan kostyumuna dəyişən insanlar aiddir. Bu məmurlaşmış mətbuat katibləri mənim gözümdə keçmişini pozanla silməyə çalışanlardır. Məsələn, onlar öncələr redaksiyalarda müxbir, redaktor işləmələrinə baxmayaraq, vəzifəyə təyin olunduqdan sonra jurnalistləri hər zaman pisləyirlər və onları günahlandırırlar. Bu adamlar təkcə ictimaiyyət üçün yox, elə o nazir üçün də təhlükəli adamlardır.

Bəyənmədiklərim də var, bəyəndiklərim də. RYTN-nin mətbuat katibi Müşfiq Əmirovu, ASAN-ın mətbuat katibi Anar Hüseynovu, Dini Qrumların ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadovu, DSMF-nin mətbuat katibi Əmrah Fəqanoğlunu, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlını, XİN-nin mətbuat katibi Hikmət Hacıyevin fəaliyyətini bəyənirəm və düşünürəm ki, onlar bu sahədə öz potensiallarını sonuna qədər xərcləyən, məmurlaşmamış mətbuat katibləridirlər".

Report.az informasiya agentliyinin iqtisadiyyat üzrə müxbiri Tural İbadlı Azərişıq ASC, Energetika Nazirliyi, Vergilər Nazirliyinin mətbuat xidmətlərinin fəaliyyətindən razıdır:

"Beynəlxalq qurumlardan Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankını da bu sıraya aid etmək olar".

"Günəlik Teleqraf" qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlinin fikrincə, bir müddət əvvəl müxtəlif dövlət qurumlarının mətbuat xidmətləri onların tənqid edilməsindən nəticə çıxararaq normal fəaliyyət göstərmək üçün müəyyən addımlar atıblar:

"Amma son dövrlər onların fəaliyyəti haqqında xoş söz demək o qədər düzgün olmaz. Təbii ki, bu fikirləri bütün dövlət qurumlarının mətbuat xidmətlərinə şamil etmirəm. Ancaq necə deyərlər, qurunun oduna yaş da yanır. Bu gün qane edəcək mətbuat xidmətlərindən Metropoliten, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Şurasının adını çəkmək olar".

"Fineko" informasiya agentliyinin müxbiri Ülviyyə İsmayılova isə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin fəaliyyyətindən tam razı deyil. Onun fikrincə, nazir və nazir müavinləri ilə danışmaq, mətbuat xidməti ilə danışmaqdan asandır.

"Həftə İçi" qəzetinin reportyoru Tural Turan Müdafiə Nazirliyi, MTN, Rabitə Nazirliyindən, eləcə də Vergilər Nazirliyinin mətbuat xidmətindən narazılığını dilə gətirib: "Çünki olduqca passivdirlər və mətbuatla işləmək istəmirlər. Məsələyə vaxtında münasibət bildirmirlər. Ona görə də sosial və internet mediada bir sıra təsdiqlənməmiş yalan xəbərlər yayılır".

"İki Sahil" qəzetinin əməkdaşı Ceyhun Piriyev də digər həmkarları kimi Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin fəaliyyətindən gileyləndi: "Bu şəxsi yerində tapmaq müşkül məsələdir. SOCAR, Azərsu, DSMF-nin mətbuat xidmətləri ilə əlaqə yaratmaq isə tək mənim üçün yox, çoxları üçün olduqca rahatdır. Digər qurumların mətbuat xidmətlərinin fəaliyyətləri qənaətbəxşdir. Yəni təmsil etdikləri qurumların fəaliyyətinə uyğun olaraq işlərini qura bilirlər".

Tarix
2015.11.26 / 08:45
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla