Yuxarı

Mətbuat Şurası 4 məsələni müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası 4 məsələni müzakirə etdi

Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.

Axar.az Şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 məsələyə baxıb.

Əvvəlcə Bakı şəhər sakini Sadıq Murtuzayevin "Millətim" qəzetində və azinform.az saytında onun barədə gedən yazılara dair müraciəti araşdırılıb. Komissiya hər iki tərəf arasında anlaşma əldə olunduğunu əsas götürərək məsələni həllini tapmış hesab edib.

İclasda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin müraciəti əsasında iki KİV-lə bağlı rəy çıxarılıb. "Dünya" informasiya agentliyinin (dia.az) baş redaktoru Məhəmməd Ərsoy şikayət doğuran yazını saytdan götürdüyünü, qarşı tərəfin mövqeyini təqdim etməyə hazır olduğunu deyib. Şikayətçi tərəf də təkliflə razılaşıb.

İdarənin bizimdovr.az saytında gedən eyni məzmunlu yazı barədə müraciəti müzakirə olunarkən narazılıq doğuran materialın həmin xəbər portalından da götürüldüyü bildirilib. Lakin vurğulanıb ki, bu yazı eyni adlı qəzetdə də yayıldığından məsələyə baxılmalıdır. Qəzetin adı isə Mətbuat Şurasının "qara siyahısı"nda olub və ötən il Şuranın "apelyasiya qrupu"nun təqdimatı əsasında oradan çıxarılıb. Bu qrupun qaydalarında isə göstərilir ki, belə KİV-lər barədə Şurada yenidən şikayətə baxılarsa, məsələ qeyd-şərtsiz qurumun reket jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən də araşdırılmalıdır. İclasda "Bizim dövr" qəzeti ilə bağlı da belə rəy qəbul olunub.

"Qərb xəbərləri" qəzeti barədə qərar da Şuranın reket jurnalistikaya qarşı mübarizə komissiyasının yekun rəyi əsasında çıxarılacaq. Müzakirələr zamanı təsisçisi dünyasını dəyişmiş mətbu nəşrdə özünü baş redaktor kimi göstərən Bəynişan Kəpəzin peşə etikası ilə bir araya sığmayan hallara yol verməsi, Şəmkir rayonunun Təzəkənd kənd sakini Təranə Ələkbərovanın şərəf və ləyaqətinin təhqirinə yönələn yazı dərc etməsi yolverilməz hallar kimi dəyərləndirilib.

"Bələdiyyə həyatı" qəzetinə (baş redaktor Cümşüd İsgəndər) isə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı edilib. Rəydə bildirilib ki, mətbu nəşr şikayət doğuran yazıda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra prinsip və bəndlərinin tələblərini pozub, Quba rayonunun Qaraçay kənd sakinləri Tahir Ərzumanovun və Zülfiyyə Əliyevanın şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun aşağılanmasına yönələn fikirlər təqdim edib.

Qəzetə hər iki şəxsdən üzr istənilməsi də tövsiyə olunub.

Tarix
2015.11.27 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla