Yuxarı

Arzu Rəhimova yüksək vəzifə veriləcək? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzu Rəhimova yüksək vəzifə veriləcək? - Video

09:00

Arzu Rəhimovun təqaüdə getməsi ilə bağlı məlumat yoxdur. O, general-polkovnikdir, 58 yaşı var və qanunvericiliyə görə, onun pensiyaya çıxmağı tezdir. Düşünmürəm ki, Arzu Rəhimovun təcrübəsindən istifadə olunmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun ötən gün vəzifədən azad edilməsi haqda deyib.

Ü.Cəfərov bildirib ki, Arzu Rəhimovun ciddi bir nöqsana yol verdiyi haqda informasiya mövcud deyil:

“Neqativ hallar bütün idarələrdə olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də böyük qurumdur, hər rayonda yerli strukturları var və nöqsanlar, korrupsiya halları da olub, bu barədə Baş Prokurorluq da tədbirlər görüb. Ancaq bunun bütövlükdə Xidmətin işinə təsir etdiyini sanmıram”.

Hərbi ekspert A.Rəhimov haqda təxminən 10 il öncə sürücüsü ilə bağlı məsələ olduğunu xatırladıb:

“Bu da məhkəmə müstəvisində araşdırıldı və məsələyə nöqtə qoyuldu. Ədalət naminə demək lazımdır ki, onda A.Rəhimovun məsələ ilə bağlılığı haqda hansısa fakt və ya sübut ortaya çıxmadı. Əgər bu hadisədən illər sonra - 2021-ci ildə ölkə rəhbərliyi tərəfindən general-polkovnik, müavinləri isə general-leytenant rütbəsi alıbsa, demək, Xidmətlə bağlı hər hansı problem olmayıb”.

Ekspert ehtimalını da irəli sürüb:

“Mənim təxminlərimə görə, Arzu Rəhimovun yeni vəzifəyə təyinatı ilə bağlı yaxın vaxtlarda xəbər eşidə bilərik”.

Tarix
2023.04.18 / 12:13
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla