Yuxarı

Prezidentin səfərinə geniş diqqət - Dostluq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin səfərinə geniş diqqət - Dostluq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 27-28-də Belarusa rəsmi səfəri bu ölkənin KİV-lərinin diqqət mərkəzindədir.

Azərtac xəbər verir ki, Belarus Teleqraf Agentliyi (BELTA) Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb. Agentlik, həmçinin dost ölkələrin tarixində bu mühüm siyasi hadisəni "İlham Əliyev Belarusla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət inkişaf görür", "Aleksandr Lukaşenko Belarus ilə Azərbaycanın əməkdaşlığının yeni istiqamətlərini müzakirə etməyi təklif edib", "İlham Əliyev: Belarusda sabitlik onun müvəffəqiyyətinin əsas göstəricisidir", "Azərbaycan özündə Belarus texnologiyaları ilə istehsalatın yaradılmasını davam etdirməyə hazırdır", "Aleksandr Lukaşenko və İlham Əliyev Belarus ilə Azərbaycan arasında siyasi dialoqun inkişafında maraqlıdırlar" və digər materiallarında şərh edib.

Belarusun "Zvyazda" qəzeti də Azərbaycan Prezidentinin rəsmi səfəri ilə bağlı "Belarus və Azərbaycan arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalanıb", "Aleksandr Lukaşenko: Belarus və Azərbaycan etibarlı strateji tərəfdaş olublar və olmaqda davam edirlər" və digər materiallar dərc edib.

"Belarus seqodnya" qəzeti "Sarsılmaz dostluq", "Belarus Azərbaycana avtobuslar və elektrik qatarları təklif edir" sərlövhəli materiallar dərc edib.

Noyabrın 28-də "Belarus 1" və "Belarus 24" telekanalları Azərbaycan Prezidentinin Minskdə rəsmi görüşünü canlı yayımlayıb.

Tarix
2015.11.28 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla