Yuxarı

Türkiyədən Azərbaycana: “Qardaşlıq dar gündə bilinər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Azərbaycana: “Qardaşlıq dar gündə bilinər”

Türkiyə TIR-larının Azərbaycan vasitəsilə Orta Asiyaya çatdırılması marşrutunu əks etdirən xəritə də yayılıb.

Axar.az xəbər verir ki, türk mediasının Azərbaycanın ünvanına "Qardaşlıq dar gündə tanınar" deyə xoş mesajlarla ard-arda tirajladıqları informasiyalarda ölkəmizin dar gündə qardaş ölkəyə dəstək verdiyi vurğulanır.

Media Orta Asiyaya gedən yüklər üçün ən qısa yolun da Azərbaycandan keçdiyini bildirir və bu marşrutdan hətta Rusiya ilə münasibətlər düzələcəyi təqdirdə daim istifadə edilməsinin vacibliyi önə çəkilir. Yeganə maneə - viza maneəsini isə Prezident Əliyev aradan qaldırıb. Belə ki, hətta vizasız gələn tranzit yük maşınlarının cərimələnməməsi və gömrükdə TIR-ların sürətli keçidinin təmini ilə bağlı Türkiyə dövlətinin xahişi nəzərə alınıb.

Az öncə xəbər verildiyi kimi, Rusiyanın sanksiyası səbəbindən Türkiyədən Orta Asiyaya gedən yük maşınları sərhəddən buraxılmır. Türkiyə isə sərhəddə uzun növbələrin yarandığı və yükdaşımalarının iflic olduğu belə məqamda Azərbaycana müraciət edib.

Qeyd edək ki, sözügedən marşrut xətti uzun müddətdir ki, qardaş ölkələr arasında müzakirələr aparılırdı və yaxın müddətdə bu marşrutun işə düşəcəyi gözlənilirdi.

Rusiya artıq 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi ləğv etmək barədə qərar qəbul edib.

Tarix
2015.11.29 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla