Yuxarı

“Ermənilərin bu cür rəzilliyi ilə üzləşəcəyimi gözləmirdim”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriuyaya ölkəmizdə böyük rəğbət var. O, 4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və azərbaycanlılara qarşı Xocalı soyqırımı törətməkdə günahlandırması və həqiqəti həyatı üçün ən təhlükəli məqamda dilə gətirməkdən çəkinməməsi ilə müsbət imic qazanıb.

Moldova İctimai Palatasının prezidenti, keçmiş ombudsman Aureliya Qriqoriunun Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

– Ombudsmanlıq fəaliyyətinizi dayandırdıqdan sonra hansı işlə məşğul olursunuz?

– Yenidən hüquqşünaslıq fəaliyyətimə qayıtmışam, vəkil kimi çalışıram. Bununla yanaşı, Moldovanın İctimai Palatasına rəhbərlik edirəm, insan hüquqlarının müdafiəsi ilə fəaliyyətimi davam etdirirəm. İşlərim çoxdur və bütün bunlara vaxtım çatmır.

– Dağlıq Qarabağ münaqişəsi haqda olan həqiqətləri dilə gətirdikdən sonra çoxsaylı təhdidlərlə üzləşdiniz. Hazırda erməni diasporundan təhdidlər alırsınızmı?

– Bilavasitə hədələr yoxdur. Lakin mənə dövlət qulluğunda çalışmaq yollarını bağlayıblar. Məyusluq yaradan hal olsa da, qeyd etməliyəm ki, Moldovada erməni diasporunun qüvvəsi həlledicidir. Doğrusu, başqa cür ola da bilməz. Çünki bütün Moldova xristianlarının ali başçısı Vladimir milliyyətcə ermənidir.

Belə rəzilliklə üzləşəcəyimi gözləmirdim

– Sizi Ermənistandakı toplantıda çılpaq həqiqəti cəsarətlə dediyinizə görə çox sevirik. Həqiqətləri çatdıraraq böyük bir xalqın bu cür məhəbbətini qazanacağınızı gözləyirdinizmi?

– Düzü, heç gözləmirdim. Düşünmürdüm ki, nə isə qeyri-adi bir iş görürəm...

- Amma bu fikirləri səsləndirdikdən sonra sizə qarşı təzyiqlər o həddə çatdı ki, hətta İrəvanda qaldığınız oteldə həyatınız təhlükə altına düşdü...

- Öz fikrini sərbəst söyləməyə adət etmiş insan kimi belə rəzilliklə üzləşəcəyimi gözləmirdim. Onu da bilirdim ki, mənim İrəvandakı çıxışımın mətni konfransın başlamasından iki həftə əvvəl ingilis dilinə tərcümə edilməsi üçün onlara göndərilmişdi. Deməli, onlar mətnlə tanış olub, bilərəkdən bu qalmaqalı yaratdılar. Hansı məqsədlə bu addımı atdıqlarını bilmirəm, amma ehtimallarım var. Onların niyyəti bu hədə-qorxu ilə başqalarına dərs vermək idi, lakin buna nail ola bilmədilər. Mənə Rusiya və Gürcüstan diplomatları dəstək oldu.

– Bu çıxışdan sonra erməni xalqının hədələri ilə üzləşəcəyinizi gözə almışdınızmı?

– Yox. O dövrdə kimlərlə üzləşdiyimi bilmirdim. Mən hüquqşünasam və məruzəmdə beynəlxalq sənədlərə əsaslanmışdım. BMT-nin sənədlərinə belə sərt reaksiya ağlasığmaz bir şeydir. Hesab edirəm ki, onlara kiməsə hədə-qorxu gəlmək lazım idi.

Onların heç bir şansı yoxdur

– Sosial şəbəkələrdə Azərbaycan kişilərinin sizə olan xüsusi duyğularını bölüşməsindən xəbəriniz varmı? Hər xanıma qismət olmaz, amma sizə qarşı hədsiz eşq etirafları sərgilənir...

– Əlbəttə, xəbərim var, amma onların heç bir şansı yoxdur.

– Vəzifənizin icrası zamanı məlumdur ki, çoxsaylı dövlət məmurları ilə və müxtəlif instansiyaların işçiləri ilə görüşməli olmusunuz. Problemlərin aradan qaldırılması istiqamətində keçirdiyiniz görüşlər zamanı sizə ombudsman olaraq deyil, xanım kimi yanaşanda hansı hissləri yaşamısınız? Bu sizi çox narahat edib?

– Yox, çünki mənimlə yüksək ixtisaslı mütəxəssis qismində ünsiyyət qururlar. İnanın, bu, daha maraqlıdır.

– Yəqin ki, azərbaycanlılar və moldovalıların xarici görünüşcə çox oxşar olduğunu görmüsünüz. Necə düşünürsünüz, bu iki millət arasında daxilən də oxşarlıq mövcuddurmu?

– Bizim oxşar xüsusiyyətlərimiz sülhsevərliyimiz, qonaqpərvərliyimiz, xeyirxahlığımızdır. Xalça mədəniyyətində, kulinariyada, dulusçuluqda çoxsaylı oxşar və ümumi xüsusiyyətlər var. Təəssüf ki, ölkələrarası münasibətlərimiz yaxşı olsa da, lazımı səviyyədə deyil.

Bunları danışan elə azərbaycanlılardır

– Sizcə, bir qadın siyasətçi olmaq üçün nə etməlidir?

– Bu, çox maraqlı mövzudur. Cəmiyyətdə qəbul olunmuş bir fikir var ki, qadın, ailə və siyasət bir o qədər də uyğun gələn məfhumlar deyil. Hesab edirəm ki, bu yanaşma yanlışdır. Əgər qadın layiqli həyat yoldaşı və anadırsa, dövlət idarəçiliyində mütəxəssisdirsə, onda ondan tutarlı siyasətçi çıxar. Düşünürəm ki, qadın siyasətçilərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin heç də bütün dövlətlərdə bu fəaliyyət növü üzrə gender bərabərliyi təmin edilmir. Bir çox dövlətlərdə kişilər qadınların rəhbərlik bacarığına inanmır. Lakin qadınların dövlət rəhbəri olduğu ölkələrin təcrübəsi göstərir ki, onların dövründə həmin dövlət kişilərin rəhbərlik etdiyi dövrə nisbətən daha çox nailiyyət əldə edib. Hər halda belə dövlətlərin siyasəti daha sülhsevərdir.

– Sizə Azərbaycana köçməyi təklif ediblərmi? Əgər belə bir təklif gəlsə, cavabınız nə olar?

– Bilsəniz mənə nələr təklif ediblər... Təəssüf ki, əməli işə gələndə təklif edənlər məharətlə gözdən itirlər. Mən artıq belə şeylərə fikir vermirəm. Haqqımda o qədər söz-söhbətlər yayılır ki! Guya mən Heydər Əliyev ordeni ilə təltif olunmuşam və s.

Düzü, bütün bunlar təbəssüm doğuran şeylər olduğu halda nələr meydana gətirir. Çünki bunları danışan elə azərbaycanlılardır. Təəssüf doğuran haldır ki, dövlət məmurları müəssisələrinə dəvət edir, bilet alınandan sonra əlaqələri kəsir, gözləmirlər. Qoy olsun, bu onların vicdanlarının işidir, elə o vicdanla yaşasınlar. Belə hadisələr mənim Azərbaycana və bu xalqa münasibətimə xələl gətirə bilməz. Sadəcə, artıq dəvət almağa daha ehtiyatla yanaşıram.

Tarix
2015.12.02 / 16:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək

Tramp mütləq İrana zərbə endirəcək - Ekspert

İlham Əliyevdən Davos səfəri ilə bağlı paylaşım - Video

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Türkiyə Xəzərə çatdı, Turan yaranır: qəbuledilməzdir – Rus ekspert

Ermənistandan Türkiyəyə: Dərindən kədərlənirik!

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

İlham Əliyev Almaniya kansleri ilə görüşdü

Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla