Yuxarı

Amaşov: "Media üzərinə düşən missiyanı yerinə yetirdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amaşov: "Media üzərinə düşən missiyanı yerinə yetirdi"

Əvvəlki proseslərə baxdıqda, Nardaran hadisələri ilə bağlı Azərbaycan mediası üzərinə düşən missiyanı yerinə yetirdi.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Nardaranda baş verən dini ekstremizmlə bağlı hadisələr kifayət qədər ciddi məsələdir və jurnalistlər cəmiyyətə düzgün informasiya verməlidirlər: " Nardaran hadisələri ilə bağlı olan məqamları media kifayət qədər dövlətçilik nöqteyi-nəzərindən ölkə və dünya ictimaiyyətinə çatdırdı. Ancaq çox təəssüf ki, az sayda xəbər portalları bu sahədə müəyyən yanlışlara yol verdilər. Yoxlanmamış və hadisələri qızışdırmağa xidmət edən məlumatları ictimaiyyətə çatdırdılar.Bir qrup insan din pərdəsi altında terror hadisəsi həyata keçirmək, indiki konstitusion quruluşu devirmək və istədikləri quruluşu yaratmaq niyyətində olub. Bütün ölkələrdə belə hallar birmənalı qaydada pislənilir və günahkarlar cəzalandırılır. Ona görə də belə hallarda media əsasən vətəndaş mövqeyindən çıxış etməlidir. Ancaq çox təəssüf ki, bu hadisələrdə dini ekstremizmə dəstək verən insanlar əsasən sosial şəbəkələrdə daha aktiv iştirak edib və cəmiyyəti çaşdıran fikirlər paylaşırlar".

Ə. Amaşov qeyd edib ki, hazırda ictimai fikrə daha çox təsir göstərən xəbər portalları deyil, sosial şəbəkələrdir: "Biz bunu Nardaran hadisələrində də gördük. Buna görə də sosial şəbəkələrdə ictimai fikrə düzgün informasiyalar verilməlidir".

Tarix
2015.12.05 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla